“Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır” – ZİYAD SƏMƏDZADƏ

Ziyad SƏMƏDZADƏ: “Valday” bəyanat hesab edirəm ki, son illər ərzində Ermənistana vurulmuş ən böyük diplomatik-siyasi zərbə idi. Bu, onu göstərdi ki, bütün sahələrdə, bütün cəbhələrdə savaş davam edir, Azərbaycan təkcə hərb meydanında deyil, siyasət, diplomatiya meydanında da Ermənistanla vuruşur və hərb meydanında olduğu kimi, siyasət, diplomatiyaya meydanında, cəbhəsində də hədəflərinə çatmağa çalışır…”

Dağlıq Qarabağ münaqişəsinin başlamasından, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsindən 31 il keçməsinə baxmayaraq, çox təəssüflər olsun ki, problem hələ də həll olunmamış vəziyyətdə qalır. Ötən illər ərzində BMT Təhlükəsizli Şurasının 4 məlum qətnamə, həmçinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu təşkiltaların Ermənistanın işğalçılıq siyasətini pisləyən və təcavüzə son qoyulmasına səsləyən sənədlər qəbul etməsinə baxmayaraq, Ermənistanın destruktivliyi, işğalçılıq siyasətini davam etdirməsi səbəbindən münaqişənin sülh və danışıqlar yolu ilə həllində müsbət addıma nail olmaq mümkün olmur.

Eyni zamanda, Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən əsrin 90-cı illərində ATƏT-in Minsk Konfransı yaradılsa da, o cümlədən, həmsədrlər institutu fəaliyyətə başlasa da, lakin onların fəaliyyətsizliyi, ikili standartlara yol verməsi, bəzə hallarda işğalçı ilə işğala məruz qalanı eynişləşdirməsi problemin yoluna qoyulmasını hələlik mümkünsüz edib. Ancaq bununla belə, Azərbaycan sülpərvər bir ölkə kimi, münaqişənin dinc və danışıqlar yolu ilə həllinə üstünlük verir, öz əməli addımları ilə prosesə, sülh danışıqlarına sadiqliyini nümayiş etdirir. Hətta, bir müddət öncə format dəyişikliyi təxribatının qarşısı alınaraq, Ermənistan yenidən danışıqlar masası arxasında əyləşməyə məcbur edilib. Ancaq Ermənistan, antiAzərbaycan ermənipərəst dairələr yenə də öz təxribatıarını, fitnəkarlıqlarını davam etdirməkdədir.

Etikxeber.az xəbər verir ki,  bunu akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, son günlər təmas xəttində vəziyyətin yenidən gərginləşdirilməsinə yönələn addımlar, atəşkəsin pozulması, mülki vətəndaşımızın öldürülməsi, bir əsgərimizin şəhid edilməsi Ermənistanın sülhdə, münaqişənin danışıqlar yolu ilə həll edilməsində bir daha maraqlı olmadığını göstərdi.

O, eyni zamanda, bildirib ki, bugünlərdə UEFA-nın Avropa Liqasında növbəti oyununu keçirən “Qarabağ” klubunun oyun zamanı Lüksemburqda təxribatla üzləşməsi, qondarma və separatçı “DQR”-in bayrağının dron vasitəsilə meydana endirilməsi və bunun arxasında da Ermənistanın, Qarabağ separatçılarının, onların Avropadakı havadarlarının dayanması bir daha Ermənistanın işğalçılıq, təcüvüzkarlıq siyasətinin əsl mahiyyətini açıb ortaya qoymuş oldu.

qarabaq-oyun

soçi-3

“Ermənistan və onları dəstəkləyənlər idmanı da siyasətə, öz çirkli əməllrinə alət etməkdən əl çəkmirlər. Bir müddət öncə Avropa Liqasının final qarşılaşmasının Bakıda baş tutmaması üçün atılan addımlar, təxribatlar, qaralama kampaniyası heç kimin yadından çıxmayıb. Amma istər sözügedən final qarşılaşmasına layiqincə ev sahibliyi etməklə, istərsə də rəqib meydanında ev sahibləri üzərində böyükhesablı qələbə qazanmaqla Azərbaycan Ermənistan və onu himayədarları üzərində növbəti mənəvi-siyasi qələbəsini qazandı.

Xüsusilə, Lüksemburqda təxribatla üzləşən futbilçularımızın, klubun baş məşqçisi Qurban Qurbanovun son dərəcədə təmkinli davranması, təxribatlara uymaması, əksinə, baş vermiş biabırçılığa, təxribata görə Lüksemburq rəsmilərinin üzrxahlıq etməsinə nail olması bizim hər birimizi çox seviundirdi. “Qarabağ” klubu təxribata öz möhtəşəm oyunu, böyükhesablı qələbəsi ilə cavab verdi.

Bununla yanaşı, elə həmin gün dünyanın ən mühüm platformalarından olan “Vadlay” Diskussiya Klubunun Rusiyanın Soçi çəhərində keçirilən növbəti iclasının sessiyasında Azərbaycan prezidenti cənab İlham Əliyevin tarixi çıxışı hər birimizi qürurlandırdı. Sessiyada çıxışı zamanı Ermənistan-Azərbaycanm münaqişəsinə geniş yer ayıran Azərbaycan prezidenti Ermənistanın işğalçılıq siyasətini davam etdirməsini tutarlı  faktlarla bir daha ortaya qoymuş, ifşa etmiş oldu. Həmçinin, münaqişənin həlli ilə bağlı qəbul edilmiş BMT  Təhlükəsizlik Şurası qətnamələrinin icra edilməməsinə etirazını bildirdi və bu səbəbdən də, Azərbaycan cəmiyyətində həmin qurumun fəaliyyətininin səmərəliliyinə şübhələrin yarandığı ifadə etdi.

ziyadddddd-2

Ölkə prezidenti eyni zamanda, Ermənistan tərəfindən tez-tez səsləndirilən “Dağlıq Qarabağ xalqı” ifadəsinə kəskin etirazını bildirərək, qeyd etdi ki,  belə bir məfhum mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Çıxış zamanı Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” yalanına “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”-deyə, cavab verməsi isə Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi oldu. Dünya ictimiyyəti ən yüksək və mötəbər kürsülərdən birindən bir daha Azərbaycanın Qarabağ, ərazil bütövlüyü məsələsində mövqe dəyişikliyinin olmadığını, Azərbaycanın güzəştə getməyəcəyini açıq şəkildə görmüş və duymuş oldu.

Bu, tarixi bəyanat hesab edirəm ki, son illər ərzində Ermənistana vurulmuş ən böyük diplomatik-siyasi zərbə idi. Bu, onu göstərdi ki, bütün sahələrdə, bütün cəbhələrdə savaş davam edir, Azərbaycan təkcə hərb meydanında deyil, siyasət, diplomatiya meydanında da Ermənistanla vuruşur və hərb meydanında olduğu kimi, siyasət, diplomatiyaya meydanında, cəbhəsində də hədəflərinə çatmağa çalışır.

“Valday” bəyanatı bir daha bunun təsdiqi və nümayişi oldu.  Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, bu günə kimi belə olub, bundan sonra da belə olacaq!”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qarabağ Azərbaycanındır, bu həqiqəti, gerçəkliyi heç kim dəyişdirə bilməyəcək” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Müsavat”ın qurultay keçirəcəyi məkan bəlli oldu – “BÜLLUR” ŞADLIQ SARAYI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir