“Qarabağ Azərbaycanındır, bu həqiqəti, gerçəkliyi heç kim dəyişdirə bilməyəcək” – QƏNİRƏ PAŞAYEVA

Millət vəkili Qənirə Paşayeva qardaş və dost Özbəkistanda keçirdiyi görüşlərdə, o cümlədən, tarixi Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib.

Millət vəkili xatırladıb ki, Qarabağ münaqişəsinə, təcavüzkarlıq siyasətinə görə, Özbəkistanın dünyanın 3-4 ölkəsindən biridir ki, Ermənistanla bu günə qədər də diplomatik münasibətlər qurmayıb.

Onun sözlərinə görə, qardaş və dost Özbəkistan daim Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyini verib, münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözümü mövqeyindən çıxış edib.

YENI QANIRA

Millət vəkili çıxışında bir daha Özbəkistana bu mövqeyinə görə minnətdarlığını idafə edib və bildirib ki, Qarabağ Azərbaycanın tarixi və əzəli ərazisidir, heç kim, heç nə bu həqiqəti, gerçəkliyi dəyişdirə bilməyəcək.

O, eyni zamanda,  Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyib.

“Məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır”– deyən millət vəkili, həmçinin, ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb.

Millət vəkili sonra “ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir, onu gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik”– deyib.

Bununla yanaşı, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib, qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.

Etikxeber.az

Read Previous

Əliyev Puntinə zəng vurdu, onu – TƏBRİK ETDİ

Read Next

“Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır” – ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir