“Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatını paşinyanlar qulaqlarına sırğa etsinlər” – MİLLƏT VƏKİLİ

Prezdent İlham Əliyev Rusiyanın prezdenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilən  “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirak etmək üçün səfərdədir. İclasdan əvvəl Rusiya prezdenti Putinlə cənab İlham Əliyev arasında çox yüksək səviyyəli ikitərəfli görüş keçirildi. Burada bir müqayisəni aparmaq istəyirəm. Bir neçə gün əvvəl Rusiya prezdenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının Sammitində iştirak etmək üçün bir neçə saatlıq Ermənistanda səfərdə oldu.

Ermənistanın baş naziri Nikol Paşinyan dəridən-qabıqdan çıxırdı ki, Putinlə normal görüş keçirsin, danışıqlar masası arxasında otursun.  Ancaq prezdent Putinin Paşinyana münasibəti o qədər mənfi idi ki, hətta, Paşinyanla yanbayan belə oturmadı.

Sammit çərçivəsində çəkilən fotoda da Putinin kənarda durması, prezdentlərlə avtobusda oturanda da lap arxada-Paşinyandan uzaqda dayanması və səfərin sonunda aeroportda ayaqüstü görüşməsi əslində Rusiya liderinin Paşinyanı ciddi bir dövlət başçısı kimi qəbul etməməsindən irəli gəlirdi. Belə demək mümkünsə, Putinin Ermənistana səfəri Paşinyanın avtobusda dövlət rəhbərinə xas olmayan ucuz selfi çəkməsi ilə yadda qaldı.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov dilə gətirib.

Millət vəkili deyib ki, Ermənistan bu sammiti təşkil etməklə beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığı olmadığını və Paşinyanın bir ölkə rəhbəri kimi qəbul edilmədiyini dünyaya bir daha nümayiş etmiş oldu.

“Ancaq bunun əksi olaraq, Vladimir Putin dünən bir daha İlham Əliyevlə bir yaxın dost kimi çox səmimi görüşdü, ikitərəfli çox yüksək səviyyəli görüş keçirdi. Görüşdə iki ölkə arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Dövlət başçıları son bir neçə ayda prezdentlər arasında görüş olmasa da, iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrin artan dinamika üzrə inkişafından məmnun olduqlarını bildirdilər.

Eyni zamanda, cənab İlham Əliyevin dəvət olunduğu “Valday” Beynəlxalq Diskussiya Klubu dünyada meydana gəlmiş qlobal siyasi-iqtisadi problemlərin müzakirə olunduğu geniş platformadır. Bu tədbirdə dünya siyasətində rolu və yeri olan dövlət başçıları, siyasətçilər, alimlər  və bir sözlə, beyin mərkəzləri iştirak edirlər. “Valday” Klubunun dünən keçirdiyi plenar iclasın sessiyasında da prezdent İlham Əliyev möhtəşəm nitqi, tarixi bəyanatı ilə yadda qaldı.

soçi-3

azer badam-1

Əvvəla, onu qeyd etmək istəyirəm ki, İlham Əliyevdə xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığı o biri natiqlərdən əməlli-başlı fərqlənirdi. Bu fərqi cənab İlham Əliyevin nitqi zamanı auditoriya iştirakçılarının necə diqqətlə və maraqla dinləmələrindən açıq-aydın hiss etmək heç də çətin deyildi. İlham Əliyev öz nitqində Azərbaycanın dünya siyasətinə verdiyi töhfələrindən, AŞPA-ya Rusiyanın qayıdılması ilə bağlı Azərbaycanın dəstəyindən, Azərbaycanın bugünkü iqtisadi uğurlarından danışaraq, Dağlıq Qarabağ münaqişəsinin həll olunmayaraq, bu günə qədər davam etməsinə geniş yer ayırdı.

Paşinyanın Xankəndiyə səfəri zamanı söylədiyi “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir  və nötə” sərsəm ifadəsinə cavab olaraq, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi ən tutarlı və Paşinyanın savadsızlığının ifşaedici cavabı oldu. Hesab edirəm ki, ermənilər və Ermənistan uzun müddət bundan özlərinə gələ bilməyəcəklər, aldıqları zərbə çox sərrast və çox sarsıdıcı oldu. Bu gedişlə davam etsələr, daha sarsıdıcılarını alacaqlar.

Sonda bir daha qeyd etmək istəyirəm ki, cənab prezdent İlham Əliyevin Soçiyə səfəri strateji əhəmiyyət daşıyan çox səmərəli və məhsuldar görüşləri ilə yadda qalacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkilindən prezidentin bəyanatına – DƏSTƏK

Read Next

AFFA-dan “Düdelanj” – “Qarabağ” oyununda baş verən təxribatla bağlı – BƏYANAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir