“Qarabağ” bu futbolçu ilə anlaşdı…

“Qarabağ” klubu daha bir futbolçunun transferini başa çatdırıb.

Etikxeber.az klubun “Facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, sol cinah müdafiəçisi Ailton Ferreyra Silva ilə anlaşma əldə olunub.

Müqaviləyə əsasən, Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı futbolçu bir illik icarəyə götürülüb.

“Qarabağ” daha əvvəl hücuma meyilli yarımmüdafiəçi Xayme Rodrigesi transfer edib.

Etikxeber.az

Read Previous

“Qəbələ” Fil Dişi Sahilindən olan futbolçunu transfer etdi

Read Next

Birinci çağırış Milli Məclisin üzvləri haradadır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir