Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdamın “Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Belarusun BATE komandası ilə qarşılaşacaq.
Etikxeber.az xəbər verir ki, “Borisov Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qarşılaşmanı latviyalı Andris Treymanis idarə edəcək. Ona Haralds Qudermanis və Aleksey Spasenikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.
Futbolsevərlər BATE–“Qarabağ” matçını “CBC Sport” kanalından izləyə biləcəklər.
Bu komandalar arasındakı ilk görüş Belarus klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ”-BATE cütünün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Bu gün, həmçinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Bütün oyunlar eyni gündə baş tutacaq. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin “Fənərbağça” klubu doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə ilk qarşılaşmada minimal hesabla uduzub – 0:1.
Gün ərzində, həmçinin aşağıdakı görüşlər oynanılacaq:
“Dinamo Kiyev” (Ukrayna)–“Slaviya Praqa” (Çexiya) – ilk oyun -1:1
“Spartak” (Moskva, Rusiya)-PAOK (Yunanıstan) – ilk oyun 2:3
AEK (Yunanıstan)–“Seltik” (Şotlandiya) – ilk oyun 1:1
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) – ilk oyun 2:0
“Videoton” (Macarıstan)–“Malmö” (İsveç) – ilk oyun 1:1
“Şkendiya” (Makedoniya)–“Zalstburq” (Avstriya) – ilk oyun 0:3
“Ayaks” (Hollandiya)–“Standard” (Belçika) – ilk oyun 2:2
“Spartak” (Trnava, Slovakiya)–“Srvena Zvezda” (Serbiya) – ilk oyun 1:1
***
“Qarabağ”- BATE qarşılaşması başlayıb.
“Borisov Arena”da keçirilən oyunda “Qarabağ”ın start heyətində Hannes Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Bədavi Hüseynov, Donald Gerye alıblar.
BATE-nin ilk onbirliyində isə meydana Denis Şerbiçki, Aleksandr Filipiviç, Yevgeni Yablonski, Stanislav Draqun, Mirko İvaniç, Nikolay Ciqneviç, Aleksey Rios, Eqor Filipenko, İqor Staseviç, Dmitri Baqa, Maksim Volodko çıxıblar.
***
Bakıdakı ilk oyunda minimal hesabla uduzan “Qarabağ” klubu “Borisov Arena”da keçirilən cavab görüşündə yüksək əzmkarlıq göstərsə də, istəyinə nail ola bilməyib.
Ağdam təmsilçisi oyuna daha fəal başlasa da, görüşdə ilk təhlükəli vəziyyəti ev sahibləri yaradıblar. Matçın 6-cı dəqiqəsində ağdamlıları əks-hücumda “yaxalayan” BATE-nin sürətli əks-hücumu zamanı qapıçı ilə təkbətək qalan Nikolay Sıqneviçin zərbəsini Hannes Halldorson dəf edə bilib. Matçın 8-ci dəqiqəsində isə “Qarabağ” təhlükəli vəziyyət yaradıb. Miçelin rəqibin cərimə meydançasına hava ötürməsini Mahir Mədətov başla İnnosent Emeqaraya yönəldib. Hücumçunun başla zərbəsindən sonra top qapıçıya toxunaraq meydanı tərk edib. Bundan dörd dəqiqə sonra BATE-nin kapitanı İqor Staşeviçin qüvvətli zərbəsi bir qədər dəqiq olmayıb.
Oyunda hesab matçın 20-ci dəqiqəsində açılıb. “Qarabağ”ın müdafiəçilərinin ötürmədəki kobud səhvindən istifadə edərək topu ələ keçirən Mirko İvaniç adını tabloya yazdırıb – 1:0.
Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan ağdamlılar oyunun ilk hissəsinin sonuna yaxın rəqibin qapısı qarşısında ardıcıl bir neçə təhlükəli vəziyyət yaradıblar. Matçın 36-cı dəqiqəsində künc zərbəsindən sonra Mahir Mədətovun başla vurduğu top qapıdan bir qədər aralı keçib. Birinci hissədə “Qarabağ”ın ən real qol imkanı matçın 43-cü dəqiqəsində yaranıb. Miçelin rəqibin cərimə meydançasına gözəl ötürməsindən sonra Mahir Mədətov bir qədər tələsərək topu saxlamadan qapıya zərbə endirsə də, qolkiper topu tuta bilib. Ağdam təmsilçisinin səylərinə baxmayaraq, ilk hissədə əlavə qol olmayıb və komandalar fasiləyə ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yollanıblar.
İkinci hissədə də yüksək əzmkarlıq göstərən “Qarabağ” komandası matçın 54-cü dəqiqəsində hesabı bərabərləşdirib. Ağdamlıların mərakeşli legioneri Abdullah Zubirin hava ötürməsindən sonra Mahir Mədətov topu başla Miçelə yönəldib. Miçel isə topu başla BATE-nin qapısından keçirib – 1:1.
Bu qoldan sonra təzyiqləri daha da artıran ağdamlılar matçın 77-ci dəqiqəsində meydanda sayca azlıqda qalıblar. İnnosent Emeqara ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Sayca azlıqda qalmalarına baxmayaraq, hücumları davam etdirən “Qarabağ” rəqib qapısına növbəti dəfə yol tapa bilməyib və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, iki oyunun nəticəsinə görə BATE klubuna 1:2 hesabı ilə məğlub olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdamlılar mübarizəyə UEFA Avropa Liqasında davam etdirəcək. UEFA Avropa Liqasında “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) duelinin qalibi olacaq.
BATE isə UEFA Çempionlar Liqasının play-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək.
Etikxeber.az