“Qarabağ” -“Düdelanj” – 1:1 – YENİLƏNİB – (6)

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, 12 qrupda mübarizə aparan 48 komanda növbəti matçına çıxacaq.

Son turun görüşləri bu klublardan 19-nun taleyinə aydınlıq gətirəcək.

Onlar 1/16 finala 11 vəsiqənin sahibi olmaq üçün mübarizə aparacaq.

Növbəti raunda yüksələn 13 komanda isə ötən turlarda müəyyənləşib. Son turun qarşılaşmaları 16 klub üçün avrokubok mövsümündə sonuncu matç olacaq. Bunlar tur adlamaq şansını itirənlərdir. Belə uğursuzlardan ikisi Bakıda üz-üzə gələcək. Azərbaycan çempionu “Qarabağ” Lüksemburq təmsilçisi “Düdelanj”ı qəbul edəcək.

Qonşu Türkiyənin üç komandasından ikisi üçün də tur əhəmiyyət kəsb etmir. “Bazel”in qonağı olacaq “Trabzonspor”un sonuncu yeri tutması rəsmiləşibsə, “Vulverhempton”la səfər görüşünə çıxacaq “Beşiktaş” son sıranı tərk etməyə çalışacaq.

1/16 final şansı qalan yeganə Türkiyə klubu “Başakşəhər”dir. İstanbullular bunun üçün Mönhenqladbaxda “Borussiya”ya qalib gəlməlidirlər.

Qeyd edək ki, APOEL, “Alkmaar”, “Bazel”, “Braqa”, “Seltik”, “Espanyol”, “Gent”, LASK, “Mançester Yunayted”, “Sevilya”, “Sportinq”, “Volfsburq”, “Vulverhempton” klubları artıq 1/16 final mərhələsinə yüksəliblər.

Avropa Liqası
Qrup mərhələsi
VI tur, 12 dekabr

A qrupu
21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya)
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)

1 Sevilya 5 5 0 0 14-2 15
2 APOEL 5 2 1 2 9-8 7
3 Qarabağ 5 1 1 3 7-10 4
4 Düdelanj 5 1 0 4 7-17 3

B qrupu
21:55. “Kopenhagen” (Danimarka) – “Malmö” (İsveç)
21:55. “Dinamo” (K, Ukrayna) – “Luqano” (İsveçrə)

1 Kopenhagen 5 2 3 0 4-2 9
2 Malmö 5 2 2 1 6-5 8
3 Dinamo 5 1 3 1 7-7 6
4 Luqano 5 0 2 3 2-5 2

C qrupu
21:55. “Xetafe” (İspaniya) – “Krasnodar” (Rusiya)
21:55. “Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

1 Bazel 5 3 1 1 10-4 10
2 Xetafe 5 3 0 2 5-4 9
3 Krasnodar 5 3 0 2 7-8 9
4 Trabzonspor 5 0 1 4 3-9 1

D qrupu
21:55. LASK (Avstriya) – “Sportinq” (Portuqaliya)
21:55. PSV (Hollandiya) – “Rusenborq” (Norveç)

1 Sportinq 5 4 0 1 11-4 12
2 LASK 5 3 1 1 8-4 10
3 PSV 5 2 1 2 8-11 7
4 Rusenborq 5 0 0 5 2-10 0

E qrupu
21:55. ÇFR (Rumıniya) – “Seltik” (Şotlandiya)
21:55. “Renn” (Fransa) – “Latsio” (İtaliya)

1 Seltik 5 4 1 0 10-4 13
2 ÇFR 5 3 0 2 4-4 9
3 Latsio 5 2 0 3 6-7 6
4 Renn 5 0 1 4 3-8 1

F qrupu
21:55. “Standard” (Belçika) – “Arsenal” (İngiltərə)
21:55. “Ayntraxt” (Almaniya) – “Vitoriya” (Portuqaliya)

1 Arsenal 5 4 0 1 12-5 10
2 Ayntraxt 5 3 0 2 6-7 9
3 Standard 5 2 1 2 6-8 7
4 Vitoriya 5 0 2 3 4-8 2

G qrupu
00:00. “Reyncers” (Şotlandiya) – “Yanq Boyz” (İsveçrə)
00:00. “Porto” (Portuqaliya) – “Feyenoord” (Hollandiya)

1 Reyncers 5 2 2 1 7-5 8
2 Porto 5 2 1 2 5-7 7
3 Yanq Boyz 5 2 1 2 7-6 7
4 Feyenoord 5 1 2 2 5-6 5

H qrupu
00:00. “Espanyol” (İspaniya) – MOİK (Rusiya)
00:00. “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan)

1 Espanyol 5 3 1 1 11-3 11
2 Ferensvaroş 5 2 2 1 4-5 8
3 Ludoqorets 5 2 1 2 9-9 7
4 MOİK 5 0 2 3 2-9 2

İ qrupu
00:00. “Volfsburq” (Almaniya) – “Sent-Etyenn” (Fransa)
00:00. “Gent” (Belçika) – “Aleksandriya” (Ukrayna)

1 Gent 5 2 3 0 8-5 9
2 Volfsburq 5 2 2 1 8-7 8
3 Sent-Etyenn 5 0 4 1 6-7 4
4 Aleksandriya 5 0 3 2 5-7 3

J qrupu
00:00. “Borussiya” (M, Almaniya) – “Başakşəhər” (Türkiyə)
00:00. “Roma” (İtaliya) – “Volfsberq” (Avstriya)

1 Roma 5 2 2 0 10-4 8
2 Borussiya 5 2 2 1 5-7 8
3 Başakşəhər 5 2 1 2 5-8 7
4 Volfsberq 5 1 1 3 5-6 4

K qrupu
00:00. “Vulverhempton” (İngiltərə) – “Beşiktaş” (Türkiyə)
00:00. “Slovan” (Slovakiya) – “Braqa” (Portuqaliya)

1 Braqa 5 3 2 0 11-7 11
2 Vulverhempton 5 3 1 1 7-5 10
3 Slovan 5 1 1 2 8-9 4
4 Beşiktaş 5 1 0 4 6-11 3

L qrupu
00:00. “Partizan” (Serbiya) – “Astana” (Qazaxıstan)
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Alkmaar” (Hollandiya)

1 Mançester Yunayted 5 3 1 1 6-2 10
2 Alkmaar 5 2 3 0 15-4 9
3 Partizan 5 1 2 2 6-9 5
4 Astana 5 1 0 4 3-15 3

Bir daha xatırladaq ki, “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Ağdam klubu cari mövsümdə son matçına çıxacaq.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Lüksemburq “Düdelanj”ı ilə görüşəcək.

Sonuncu – VI turun qarşılaşması hər iki komanda üçün formal xarakter daşıyacaq.

***

“Qarabağ” – “Düdelanj” oyunu başlayıb.

Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.

“Düdelanj”ın heyətində isə meydana Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendi çıxıblar.

Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir. Baş hakimi Kristo Tohverdi olan oyunun yan xətt hakimləri Silver Koiv və Sten Klaasendir. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirir.

E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır.

Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.

***

Oyunda hələlik hesab açılmayıb-0:0.

***

Birinci hissədə hesab açılmayıb-0:0.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab 0:0-dır.

***

Oyunda hesab açılıb.

Qonaqlar 1:0 önə keçiblər.

***

Oyunun sonlarında hesab bərabərləşib.

“Qarabağ” hesabı 1:1 edib.

***

Oyun 1:1 hesabı ilə də başa çatıb.

Etikxeber.az

Read Previous

“Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının təqdimatı – FOTOLAR

Read Next

“Ölkə həyatının elə bir sahəsi yoxdur ki…” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir