“Qarabağ” – “Ferentsvaroş” oyununda-QALİB MÜƏYYƏNLƏŞMƏDİ…

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Ferentsvaroş” (Macarıstan) oyununda qalib müəyyənləşməyib.

Etikxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıb.

Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib – 1:1.

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.

Cavab oyunu avqustun 9-da Budapeştdə təşkil olunacaq.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

“Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO – YENİLƏNİB – (1)

Read Next

“Gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq”-NED PRAYS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir