Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yeni futbol mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” komandası ilk əcnəbi transferini reallaşdırıb.
“Qarabağ” futbol klubundan Etikxeber.az-a bildiriblər ki, Ağdam təmsilçiləri ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb. Qolkiper artıq komandanın Avstriyada təşkil olunan təlim-məşq toplanışına qoşulub.
Peşəkar futbolçu karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
Etikxeber.az