“Qarabağ” ilk “beşlik”də – AMMA “İNTİZAMSIZ”LAR SIRASINDA

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra yarışın statistik göstəriciləri açıqlanıb.

Etikxeber.az məlumat verir ki, UEFA həm komanda, həm fərdi göstəricilər üzrə ən yaxşı və ən pis “beşliy”i müəyyənləşdirib.

Artıq Çempionlar Liqası ilə vidalaşan Azərbaycan çempionu “Qarabağ”da qurumun siyahısında qalıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mənfi mənada fərqlənib.

Ağdam təmsilçisi ən çox qayda pozuntusuna yol verən komandalar sırasındadır. “Qarabağ” keçirdiyi 6 oyunda 72 qayda pozuntusuna yol verib. Təmsilçimiz Sloveniya “Maribor”u ilə birlikdə intizamsızlar siyahısında 4-5-ci yerləri bölüşür.

Ən çox fol edən komanda isə “Srvena Zvezda”dır. Serbiya çempionu 95 qayda pozuntusuna yol verib. “Ferensvaroş” (Macarıstan) 84, ÇFR (Rumıniya) 75 dəfə intizamsızlıq edib.

Etikxeber.az

Read Previous

“MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib – TƏYYARƏ YAD CİSİMLƏ TOQQUŞUB” – MN HƏM DƏ MEDİANI SUÇLADI

Read Next

Ərdoğan-Putun dostluğunda çat yaranır? – POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir