“Qarabağ” səfərdə “Kayrat”a-QALİB GƏLİDİ – YENİLƏNİB

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gələcək.

İki həftə əvvəl Qazaxıstan təmsilçisini Bakıda 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə Almatıda rəqiblə qarşılaşacaq. İlk 3 matçda “Bazel”lə eyni sayda – 7 xal toplayan “Qarabağ” artıq bu turda pley-offa vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.

Bu mövsüm avrokuboklarda məğlubiyyət üzü görməyən ağdamlılar uğurlu seriyanı davam etdirmək, “Kayrat” isə növbəti mərhələ şansını əldən verməmək üçün qalib gəlməyə çalışacaq.

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr
19:30. “Kayrat” – “Qarabağ”
Baş hakim: 
Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena

1Bazel32107-37
2Qarabağ32106-27
3Kayrat30123-61
4Omoniya30122-71

07:40

***

“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşır.

Almatıdakı “Ortalık” stadionunda keçirilən görüşdə “Qarabağ” komandası 2:1 hesabı ilə qalib gəlib.

Oyunda ilk qol görüşün 57-ci dəqiqəsində vurulub. Ağdamlılar İbrahim Vadjinin qolu ilə hesabı açsalar da, 11 dəqiqə sonra hesab bərabərləşib. “Kayrat”ın hücumçusu Joze Kante hesabda tarazlığı bərpa edib. Lakin görüşün 72-ci dəqiqəsində ağdamlılar yenidən hesabda irəli çıxıblar. Bu dəfə “Qarabağ”ın heyətində Abdullah Zubir fərqlənib – 2:1.

Beləliklə, bu oyundan sonra “Qarabağ” xal ehtiyatını 10-a çatdırıb. Ağdamlıların qrupda liderliyə yüksəlməsi aktivində 7 xal olan “Bazel”in səfərdə “Omoniya” komandası ilə keçirəcəyi görüşün nəticəsindən asılı olacaq. “Omoniya” və “Kayrat”ın aktivlərində 1 xal var.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər. Ağdam təmsilçisi üçüncü turda “Kayrat”ı 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.

Etikxeber.az

Read Previous

“Biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

Hərbçi təlim zamanı aldığı qəlpə yarasından həlak olub-DSX MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir