“Qarabağ” klubu millimizin hücumçusunu heyətinə qatıb

Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Etikxeber.az kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi “İnter”dən ayrılan milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

İyirmi dörd yaşlı hücumçu daha əvvəl “Neftçi”, “Xəzər-Lənkəran”, “Sumqayıt” və “İnter” klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Ağabala Ramazanov “Qarabağ”ın Antalyada keçirilən təlim-məşq toplanışına qoşulub.

Etikxeber.az

Read Previous

Millimizin yeni ildə ilk sınağı Rusiyada olacaq

Read Next

Marius Vizer: 2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda təşkil ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir