Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyulun 25-də “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Etikxeber.az xəbər verir ki, Azərbaycan çempionu səfərdə Albaniyanın “Kukesi” komandası ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəlib. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Malta “Valletta”sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1).
Ağdam təmsilçisi bu matça itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu norveçli Ola Hobber Nilsen idarə edəcək. Tom Harald Qronevik, Qeyr Oskar İsaksen baş hakimin köməkçiləri Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.
***
“Qarabağ” -“Kukesi” qarşılaşması artıq başlayıb.
“Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Donald Gerye, Simeon Slavçev, Miçel, Filip Ozobiç və Mahir Mədətov yer alıblar.
“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Albi Alla, Sebino Plyaku, Haralamb Çaçı, Arber Tsyurbya, Simo Rumbulaku, Besar Musoli, Edis Maliki, Vilyam Kordeyro və Irakli Dzariyq çıxıblar.
Oyunu norveçli baş hakim Ola Hobber Nilsen idarə edir. Ona Tom Harald Qronevik, Qeyr Oskar İsaksen kömək edirlər. Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirir.
Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Maltanın “Valletta” komandasından üstün olub (0:0, 1:1).
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
***
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb.
Hazırda matçın ikinci hissəsi oynanılır.
***
Oyunda hesab açılmayıb-0:0.
Etikxeber.az