Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağıq – PREZİDENT

Serbia`s Prime Minister Aleksandar Vucic speaks at the press conference after meeting with European Commissioner for Humanitarian Aid and Crisis Management Christos Stylianides in Belgrade, January, 15. 2016. AFP PHOTO / OLIVER BUNIC

Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.

Etikxeber.az-ın xəbərinə görə, bunu ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisdə (MM) olan Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Azərbaycanda olmaqdan məmnunluq ifadə edən prezident Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu deyib.

Əlavə edib ki, iki ölkənin ən yüksək səviyyədə müansibətlərinin möhkəmləndirıməsi üçün imkanlar var və bu istiqamətdə lazımı addımlar atılır.

Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsinə göstərdiyi dəstəyə görə təşəkkürün bildirən prezident qeyd edib ki, ölkəsi də hər zaman Azərbaycanın ərazi bütövlüyü, suverenliyini dəstəkləyəcək.

serb-aliyev

“İnanıram ki, bu səfər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yeni impuls verəcək”.

Bunu isə MM-in sədri Oqtay Əsədov deyib.

Parlamentlərarsı münasibətləri  yükəsk qiymətləndirən spiker beynəlxalq qurumlardakı əməkdaşlıqdan da razılıq edib.

O, əlavə edib ki, həlli vacib məsələlərdə də ölkələrimizin bir-birini dəstəkləməsi mühüm amillərdəndir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İqtisadiyyatımızda müsbət meyllər özünü göstərməkdədir – SƏMƏDZADƏ

Read Next

Hesablama Palatası büdcənin icrasına müsbət rəy verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir