“Qarabağ” “Mölde”, “Neftçi” isə “Qalatasaray”la-QARŞILAŞACAQ…

Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Etikxeber.az  xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi müəyyənləşib

. Ağdamlılar III təsnifat mərhələsində doğma meydanda Norveçin “Mölde” komandası ilə qarşılaşacaqlar.

Xatırladaq ki, “Qarabağ” klubu ilk iki mərhələdə Şimali Makedoniyanın “Sileks” (4:0) və Moldovanın “Şerif” (2:1) klublarını mübarizədən kənarlaşdırıb.

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək.

Həmçinin, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Bu turnirdə ölkəmizi təmsil edən “Neftçi” komandası II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 16-da Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırmışdı – 2:1.

Etikxeber.az

Read Previous

“Böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır…”-PREZİDENTDƏN SƏRT MESAJ VƏ XƏBƏRDARLIQ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Rusiya başda olmaqla, həmsədrlər ya Ermənistanın, ədalətsizliyin, haqsızlığın yanında, ya da haqlının, işğala məruz qalanın, ədalətlinin, Azərbaycanın yanında yer almalıdırlar…”-DEPUTATDAN HƏMSƏDRLƏRƏ SƏRT İTTİHAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir