Qarabağ müharibəsi veteranlarına və əlillərinə maşın pakrlaması pulsuz olsun – DEPUTAT

 
Millət vəkili Rəfael Cəbrayılov Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranları və əlillərinin, milli qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edir.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Hüquq siyasəti  və dövlət quruculuğu komitəsinin  bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı dəyişiklər müzakirə olunub.
Müzakirələr zamanı çıxış edən  millət vəkili  Rafael Cəbrayılov təklif edib ki, Rusiyada olduğu kimi, əlil və müharibə veteranlarına, milli qəhrəmanlara maşın parklanması pulsuz olsun:
“Əlillərə, müharibə veteranlarına, milli qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır. Biz hətta Qarabağ müharibəsi iştirakçılarına da maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insanların, milli qəhramanların da Rusiya qanunvericiliyində olduğu kimi maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq”.
Etikxeber.az 

Read Previous

“Hamı deyir, imtahanlar asan olsun, amma…” – MƏLEYKƏ ABBASZADƏ

Read Next

Prezident: Serbiya ilə əlaqələr daha da inkişaf edəcək – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir