“Qarabağ münaqişəsinin qərəzsiz həlli üçün səyləri davam etdirəcəyik” – HƏMSƏDR

Minsk qrupunun fransalı həmsədri səfir Stefan Viskonti dekabrın 11-12-də Azərbaycanda səfərdə olub.
Etikxeber.az-ın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı kommunikedə deyilir.
Bildirilir ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir. Məlumata əsasən həmsədr Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
O, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
“Bakıya bugünkü səfəri zamanı səfir Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib” – deyə, kommunikedə qeyd edilir.

Etikxeber.az

Read Previous

“Trabzonspor” klubu Azərbaycan yığmasının hücumçusunu icarəyə verir?

Read Next

Səməd Seyidovla Sabir Hacıyev AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir