“Qarabağ” növbəti hücumçu transferi…

Türkiyənin “Bursaspor” klubunun futbolçusu Con Delarj “Qarabağ”a transfer olub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “timsahlar”a 200 min avro transfer haqqı ödəyib. 28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əməkhaqqı açıqlanmır.

Konqolu forvard C.Delarj 2017-ci ildən çıxış etdiyi komandada 15 oyunda 4 qol vurub. O, əvvəllər Kamerunun “Union Duala”, Slovakiyanın “Dunayska Streda”, Çexiyanın “Slovan” (Liberets), Avstriyanın “Admira” (Vakker) və icarə əsasında Türkiyənin “Osmanlıspor” klublarında da forma geyinib. Futbolçu “Bursaspor”a 2017-ci ilin avqustunda “Admira”dan transfer olunub.

Etikxeber.az

Read Previous

Ağdamsız 25 il…

Read Next

“Qarabağ”-ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir