“Qarabağ” ordenli Asəf Əsgərov və “Cəsur döyüşçü” Şahmar Seyidovun torpağa tapşırılmasından bir il keçir-ANIM GÜNLƏRİNDƏ MƏZARLARI ZİYARƏT OLUNACAQ, MƏRASİM KEÇİRİLƏCƏK – YENİLƏNİB

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin-Mingəçevirli Şahmar Seyidovun və Bərdəli Asəf Əsgərovun torpağa tapşırıldığı gündür.

Hər iki Şəhidin torpağa tapşırılmasından 1 il keçir və bu gün onların Anım günləridir.

Etikxeber.az xəbər verir ki, Anım günləri ilə bağlı hər iki Şəhidin məzarı ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar ediləcək.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni oxunacaq.

Həmçinin, ziyarətdən sonra hər iki Şəhidin anım mərasimi keçiriləcək, adlarına ehsan süfrəsi açılacaq.

***

“Qarabağ” ordenli Asəf Əsgərov 1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

 Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb.

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və Şəhidimiz elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə də dəfn edilib.

Şəhidimiz ailədə 3 qardaş olublar, özünün isə iki övladı-hazırda 6 yaşı olan Emili və bir yaşlı Kənanı Vətənə əmanət qalıb.

***

1997-ci il təvəllüdlü Şahmar Seyidov isə ailədə iki övladdan, iki qardaşdan biri olub.

Həm də subay olub.

İkinci Vətən Müharibəsi başlayana kimi, bir müddət orduda xidmət edib, MAXE kimi fəaliyyət göstərib.

Döyüş yolu da uzun olub, Talış, Suqovuşandan başlayıb Daşaltıyacan davam edib.

Və oktyabrın 12-də də Daşaltı uğrunda ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub, Şəhidlik məqamına ucalıb, nəşi Mingəçevirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Nur içində yatsınlar, məkanları cənnətlik olsun-hər iki Şəhidin!

Allah ailələrinə səbr və dözüm versin!

00:00

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki övlad atası, peşəkar hərbçi, Gizir, “Qarabağ” ordenli-ASƏF ƏSGƏROVUN MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA – YENİLƏNİB – (1)

Read Next

Daha 1277 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir