“Qarabağ” ordenli, Kapitan, üç övladı Vətənə əmanət qalan-BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN TAĞIYEVİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 35 YAŞI TAMAM OLUR…

Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Elçin Ağaqulu oğlu Tağıyevin bu gün doğum günüdür.

Elçin Tağıyevin bu gün 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elçin Tağıyev  1989-cu ilin iyul ayının 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, iki qardaşdan biri olub.

1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində oxuyan Elçin Tağıyev təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib və sonra ali hərbi təhsilə yiyələnib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.

Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun zabiti-Kapitan olaraq, iştirak edib.

Şərəfli döyüş yolu 5 gün çəkib, oktyabr ayının 1-də Talış kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi uzun müddət sonra, noyabr ayının 28-də Zəhmətabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən, istərsə də Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.

O, həm də Zəhmətabadın 9 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Zəhmətabadda adını daşıyan küçə var.

Elçin eyni zamanda, ailəli olub.

Dəryanur, Tağı və Məhəmməd adında üç övladı ailəsinə, Vətəninə əmanət qalıb.

Tək və ailəli qardaşı Yalçın Tağıyev də hərbçidir.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 35 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yalnız vasitəçilərin iştirakı ilə Rusiyayla danışıqlara başlaya bilərik”-UKRAYNA PREZİDENTİ

Read Next

Vətən sevdalısı Qazi Həsən Yaqubovun sonbeşik övladı-1 YAŞI TAMAM OLAN BALACA VƏFANIN ŞƏHİD AİLƏLƏRİNİN VƏ QAZİLƏRİN İŞTİRAKI İLƏ KEÇİRİLƏN UNUDULMAZ DOĞUM GÜNÜ MƏCLİSİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir