“Qarabağ” ordenli, üç övladı Vətənə əmanət qalan-BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN TAĞIYEVİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (4)

Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elçin Ağaqulu oğlu Tağıyevin Anım Günüdür.

Elçin Tağıyevin bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Bu gün səhər saatlarında Anım Günü ilə bağlı Şəhidin Zəhmətabad kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Anım Günü ilə bağlı ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Anım mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna bir daha dualar oxunub, əzizlərinə, ailəsinə, valideynlərinə bir daha Allahdan səbr və dözüm arzulanıb.

Tanınmış din adamı Hacı Rəşad və tanınmış bəstəkar Ruslan Səfəroğlu tərəfindən ilahilər, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləbdirilib.

Anım mərasimi 4 saata yaxın çəkib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Biləsuvar, Bakı, Cəbrayıl, Kürdəmir, Bərdə, Tərtər və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elçin Tağıyev  1989-cu ilin iyul ayının 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, iki qardaşdan biri olub.

1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində oxuyan Elçin Tağıyev təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib və sonra ali hərbi təhsilə yiyələnib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.

Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun zabiti-Kapitan olaraq, iştirak edib.

Şərəfli döyüş yolu 5 gün çəkib, oktyabr ayının 1-də Talış kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi uzun müddət sonra, noyabr ayının 28-də Zəhmətabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən, istərsə də Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.

O, həm də ailəli olub.

Dəryanur, Tağı və Məhəmməd adında üç övladı ailəsinə, Vətəninə əmanət qalıb.

Qardaşı Yalçın Tağıyev də hərbçidir.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

13:19

***

FOTOLAR:

19:00

20:00

***

20:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“AHİM Ermənistanın dürüst olmadığı qənaətinə görüb”-XİN

Read Next

Əfsanəvi Xüsusi Təyinatlılardan olan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 30 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir