“Qarabağ” – “Partizani”: 2-0 – “QARABAĞ” “DANDOLK”LA QARŞILAŞACAQ – YENİLƏNİB – (5)

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün birinci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Qarabağ” – “Partizani” oyunu cavab qarşılaşması üçün komandaların start heyətləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, “Dalğa Arena” stadionunda keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində 11-likdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdulla Zubir, Araz Abdullayev və Xayme Romeo yer alıblar.

Qonaqların – “Partizani”nin heyətində isə meydana Alban Hoca, Eqzon Belika, Erald Çinari, Yasir Asani, Bruno Teluşi, Esat Mala, Labinot İbrahimi, ErsinHakay, Uilyam Kordeyro, Eneo Bitri və Emmanuel Mensah çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun moldovalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandru Tyan yerinə yetirəcək.

Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.

Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.

***

Qarşılaşma başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

“Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) oyununda ilk hissə başa çatıb. 

Matçın 45 dəqiqəsində qapılara qol vurulmayıb.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

***

Oyunda hesab açılıb. 

Oyunun 51-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Filip Ozobiç fərqlənib – 1:0.

***

“Qarabağ” – “Partizani” matçı başa çatıb.

“Dalğa Arena”da keçirilən görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.

Ağdamlıların heyətində xorvatyalı yarımmüdafiəçi Filip Ozobiç və ispaniyalı Dani Kintana fərqlənib.

 İlk oyunda səfərdə qolsuz heç-heçəyə razılaşan Azərbaycan çempionu bu qələbə ilə ikinci mərhələyə yüksəlib.
***

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Bu, İrlandiya “Dandolk”udur.

“Dandolk” I təsnifat mərhələsində Latviyanın “Riqa” komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə “Dandolk” daha dəqiq olub – 5:4.

“Qarabağ” İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.

Etikxeber.az

Read Previous

“Gərək kimsə gedə, kameraya çəkə, paylaşım edə?” – ƏMƏKDAR ARTİST YAZDI

Read Next

Nigeriya üçüncü oldu, bəs kubokun sahibi hansı ölkə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir