“Qarabağ”-“Partizani” və “Neftçi”-“Speranta” görüşünü idarə edəcək hakimlər müəyyənləşdi

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində Bakının “Neftçi” və Moldovanın “Speranta” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək hakimlər müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yulian Vaynbergerin köməkçiləri həmyerliləri Maksimilian Kolbiç və Mixael Nemets olacaqlar. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Speranta” matçı saat 21:00-da başlayacaq.

Moldovada keçirilən ilk görüşdə “Neftçi” 3:0 hesabı ilə qalib gəlib.

Həmçinin, UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və Albaniyanın “Partizani” komandaları arasında keçiriləcək cavab qarşılaşmasına hakim təyinatları açıqlanıb.

Oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.

İyulun 17-də “Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Etikxeber.az

Read Previous

“Problemlərin öhdəsindən birlikdə gələ bilərik” – SƏMƏD SEYİDOV – PARLAMENTDƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ – YENİLƏNİB – FOTOLAR

Read Next

Ziyafət Əsgərov TBMM-in xüsusi iclasında – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir