“Qarabağ problemini nəvələrimizə saxlamayacağıq” – RUSİYA RƏSMİSİ

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk qrupu çox ləng işləyir.

Etikxeber.az-ın məlumatına görə, bunu RF Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

O, deyib ki, ATƏT-in Minsk qrupu necə ləng işləyirdisə, elə də işləyəcək. Odur ki, Dağlıq Qarabağ probleminin həlli üçün ilk addımları Rusiyanın köməyi ilə atmaq, özü də bunu ən qısa vaxtda etmək lazımdır”.

Deputatın fikrincə, münaqişənin həllinə dair danışıqlar haqqında hər hansı məlumatın sızması işə ziyan vura bilər. O deyib:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi son dərəcə incə mətləbdir. Odur ki, hər hansı məlumatın sızması işə ziyan vura bilər. Biz bundan sonra da işləyəcəyik və ümidvaram ki, bu problemi nəvələrimizə saxlamayacağıq”.

Etikxeber.az

Read Previous

Bakıda qanunsuz valyuta mübadiləsi aparan şəxslər tutulub – DİN – FOTOLAR

Read Next

Netanyahu gəldi – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir