Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidləri, Şəhid ailələri və Qaziləri ilə bağlı qanunvericiliyə dəyişikliklər məsələsi yönündə konkret fikir bildirmək çox tezdir. Çünki müharibə hələ 20 gündür başa çatıb. Biz 44 günə torpaqlarımızı işğaldan azad etdik və bütün hadisələri də bir az tələsdiririk, istəyirik ki, hər bir məsələ bir andaca həll olunsun. Burada heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyevin də, hökumətin də, dövlətin də mövqeyi birmənalıdır-bütün Səhid ailələri də, Qarabağ Müharibəsinin Qaziləri də, Veteranları da Azərbaycanın ən hörmətli, ən qiymətli insanlarıdır, onlara ən yüksək səviyyədə diqqət göstərilir və bundan sonra da göstəriləcək.
Həmçinin, qanunvericiliyə dəyişiklik olacaqsa, heç bir halda Birinci Qarabağ Müharibəsi Qaziləri, Şəhidləri ilə digərlərini fərqləndirmək doğru olmaz. Çünki müharibəni udmaq, uduzmaq əsgərin işi deyil, əsgərin işi döyüşmək, öz vəzifəsini yerinə yetirməkdir. Birinci Vətən Müharibəsi zamanı da həmin insanlar böyük qəhrəmanlıqlar göstəriblər, böyük cəsarət nümayiş etdiriblər və öz borclarını yerinə yetiriblər. Amma həmin vaxtlar ölkədə Odru, Orduya komandanlıq olmayıb, dövlət zəif, hərc-mərclik olub və nəticədə torpaqlar işğal edilib. İndiki vaxtda isə cənab Ali Baş Komandanın başçılıq etdiyi müzəffər bir Ordu – xalq da onun arxasında dayandı – 44 günlük Müharibəni Qələbə ilə başa çatdırdı. Ali Baş Komandan böyük Liderlik və Komandanlıq keyfiyyətləri nümayiş etdirərək, bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir, torpaqların kimsəyə güzəştə getməyəcək və getmədi. Odur ki, istər Birinci Qarabağ Müharibəsi, istər İkinci Vətən Müharibəsinin, istərsə heç müharibə getməyən dövrlərdə-Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda, dövlət hakimiyyətinin qorunmasında, çevriliş cəhdlərinin qarşısının alınmasında Şəhid və Qazi olan hər bir vətəndaşımıza eyni münasibət olmalıdır.
Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud son günlər bəzi media orqanlarında, xüsusilə, sosial şəbəkələrdə İkinci Vətən Müharibəsi Şəhidləri, Şəhid ailələri və Qaziləri ilə bağlı səsləndirilən təkliflərə, bu yöndə mövcud qanunvericiliyə dəyişikliklər və ya yeni qanunların hazırlanması, qəbulu məsələlərinə münasibətini bildirərkən deyib.
M. Quliyev bu haqda indidən danışmağın bir daha tez olduğunu, eyni zamanda, adıçəkilən təkliflərin gələcəkdə reallaşdırılmasının istisna təşkil etmədiyini diqqətə çatdırıb.
O ki qaldı sosial müdafiə tədbirlərinə, komitə sədri hesab edir ki, bizdə kifayət qədər mükəmməl, dünyanın aparıcı dövlətlərinin də tətbiq etdiyi sosial müdafiə sistemi var:
“O cümlədən, Qarabağ əlillərinin və Şəhid ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərilir. Onların mənzil təminatı, ehtiyacı-tibbi göstərişləri olanların avtomobillərlə, reabilitasiya vasitələri ilə təmin olunması, müalicəsi, sosial-psixoloji reabilitasiyası, iş yerləri ilə təmin edilməsi və sair bunlar hamısı qanunlarla tənzimlənir. Həmçinin, xüsusi proqramlar var və hər il də şahidi oluruq ki, cənab Prezident yüzlərlə, bəzən minlərlə Şəhid ailəsi və Qarabağ əlillərinə istər avtomobil, istər mənzil açarları təqdim edir. Bu baxımdan, bu proqramlar davam edəcək, yəni, sonuncu Şəhid ailəsi və sonuncu Qarabağ Qazisi bu təminatları alana qədər”.
Digər təminatlara, pensiyalar, müavinətlər və Prezident təqaüdlərinə gəllincə M. Quliyev bildirib ki, bunlar da davam edəcək.
“Burada söhbət məbləğdən gedə bilər ki, o məbləğlər orta aylıq əmək haqqı səviyyəsinə gəlsin və yaxud ondan yuxarı olsun. Bu, artıq büdcənin imkanları məsələsidir və yəqin ki, bunlara da baxılacaq. Heç şübhəsiz ki, indi bizdə uçot, dəqiqləşdirmə aparılmalıdır, yəni, İkinci Vətən Müharibəsində nə qədər Şəhid verdik, nə qədər Qazimiz var. Qazilərimizin bir qismi də sonradan məlum olacaq. Çünki hazırda bərpa-reabilitasiya-müalicə dövrü keçirlər. Bəziləri ola bilər ki, 2 ay çəkə bilər, bəziləri 3 ay, bəziləri, 5 ay, 6 ay çəkə bilər…Kantuziya alanların da ola bilsin ki, daha sonra xəstəklikləri üzə çıxa bilər və sair. Yəni, bu proses hələ davam edəcək, çəkəcək. Bu, bir qanunla, bir qərarla, bir proqramla həll olunası məsələlər deyil.

Burada əsas dövlətin mövqeyidir, siyasi iradəsidir. Cənab Prezident də öz mövqeyini bizim Qazilərimizlə, yaralı hərbçilərimizlə görüşlərində bir daha ortaya qoydu və bildirdi ki, Sizlər Azərbaycanın ən qiymətli insanlarısınız. Ona görə kimsə bu məsələlərə görə narahat olmasın. Mövcud proqramlar daha da genişlənəcək, daha da təkmilləşəcək, Şəhid ailələri və Qazilərin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzində olacaq. Növbəti ilin büdcəsi hələlik parlamentə daxil olmayıb. Bu da İkinci Vətən Müharibəsi ilə, o cümlədən, koronavirusun ölkə iqtisadiyyatına vurduğu ziyanlar və digər məsələlərlə bağlıdır. Gələn illərdə büdcənin proqnozlaşdırılması vaxt istəyən bir məsələdir. Yəqin ki, istər növbəti ilin, istərsə də növbəti illərin büdcəsində bu məsələlər nəzərə alınacaq. Onlar üçün hər cür gözəl şərait yaradılacaq, onlar üçün ən yaxşı təminatlar olacaq.
İş yerləri ilə təmin olunma məsələsi xüsusilə, birinci növbədə diqqət mərkəzində olmalıdır və olacaq. Həmçinin, Qarabağ qaziləri və Şəhid ailələrinin övladları dövlət qulluğuna imtiyazlar şəklində, müsabiqəsiz qəbul olunmalıdır. Bunlar da hamısı istər qanunvericilik səviyyəsində, istərsə də hökümət proqramları səviyyəsində düşünülür. Yenə deyirəm ki, müharibədən hələ cəmi 20 gün keçir və bu qısa dövr ərzində belə proqramları hazırlamaq, yaxud, qanunlara dəyişikliklər etmək həm mümkün, həm də məqsədəuygun deyil. Çünki müəyyən nüanslar yaddan çıxa bilər. Burada müxtəlif parametrlər ölçülüb-biçilməlidir, mütləq məsləhətləşmələr aparılmalıdır, müxtəlif nazirliklərin, əlaqədar təşkilatların, o cümlədən, ictimaiyyətin, QHT-lərin təklifləri araşdırılmalıdır.
Bunlar vaxt aparan işlərdir. Ancaq yenə də deyirəm ki, əsas dövlətin niyyəti ortadadır. Mövcud qanunvericilik çərçivəsində hər kəsə şamil olunanlar şamil olunacaq, əlavə proqramlar və yaxud, qanunlara dəyişikliklər isə hökumətin də, parlamentin də diqqətindədir”-deyə, M. Quliyev daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az