“Qarabağ”-“Samtredia” oyunu bitdi: 1-0- FOTO- YENİLƏNİB

“Qarabağ”-“Samtredia” oyununun ilk hissəsi 1:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb. Birinci hissənin sonrakı dəqiqələrinin də komandamızın üstünlüyü ilə keçməsinə baxmayaraq, hesab dəyişməyib.

21:27

“Qarabağ” klubu “Samtredia” ilə oyunda hesabı açıb. Topu 22-ci dəqiqədə meydan sahiblərinin qapısından Donald Qerye keçirib.

21:12

Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində səfərdə Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşır.

Etikxeber.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Anton Kanibolotski, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Donald Qerye, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jejniçak və Bədavi Hüseynov yer alıblar.

Gürcüstan təmsilçisinin ilk on birliyində meydana Omar Migineşvili, Laşa Kasradze, Nika Sandoxadze, Culi Manjqaladze, Davit Razamaşvili, Teymuraz Markozaşvili, Nikolazi Sabandze, Giorgi Mçedlişvili, Bakar Balde, Giorgi Datunaşvili və İnters Qui çıxıblar.

Boris Payçadze adına stadionda keçirilən oyunu Serbiyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Srcan Yovanoviçdir. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edirlər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirir.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.

Etikxeber.az

Read Previous

“Bu, jurnalistika fakültəsinin lazımsız olması anlamına gəlmir…” – VÜSALƏ MAHİRQIZI

Read Next

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri oldu- NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir