“Qarabağ”-“Samtredia”: 5-0- FOTO-YENİLƏNİB

Görüşə əlavə olunmuş vaxtda “Qarabağ” beşinci topu rəqib qapısından keçirib. Bu dəfə Ağdam təmsilçisinin heyətində Miçel fərqlənib.

Beləliklə, “Qarabağ”-“Samtredia” matçı Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək.

***

Matçın 83-cü dəqiqəsində “Qarabağ” komandasının futbolçusu Donald Gerryer fərqlənib – 4:0.

21:50

“Qarabağ”-“Samtredia” oyununun ilk hissəsi Ağdam təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Birinci hissəsinin sonunda yenidən Dino Ndlovu fərqlənib. Rəqib komandanın qapıçısının kobud oyununa görə, təyin olunmuş on bir metrlik cərimə zərbəsini D.Ndlovu dəqiq yerinə yetirib.

21:43

“Qarabağ” klubu ikinci topu rəqib qapısından keçirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Dino Ndlovu fərqlənib – 2:0.

21:20

Matçın 10-cu dəqiqəsində rəqib qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Əfran İsmayılov dəqiq yerinə yetirərək “Qarabağ”ı hesabda önə çıxarıb – 1:0

21:02

Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayıb.

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanın “Samtredia” klubunu qəbul edir.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Əfran İsmayılov, Ansi Aqolli, Bədavi Hüseynov və Coşqun Diniyev yer alıblar.

Gürcüstan təmsilçisinin ilk on birliyində meydana Omar Migineşvili, Laşa Kasradze, Nika Sandoxadze, Culi Mancqaladze, Davit Razamaşvili, Teymuraz Markozaşvili, Nikolozi Sabandze, Giorgi Mçedlişvili, Bakar Balde, Giorgi Datunaşvili və Quram Samuşia çıxıblar.

Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Mete Kalkavandır. Ona həmyerliləri Esat Sancaktar və Erdem Bayik kömək edirlər. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirir.

Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verir. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hoverdir.

Etikxeber.az

Read Previous

Akşənərdən Kahramana “Bu, Meral Kılıçdaroğlumu?” atmacasına sərt cavab – AÇIQ MƏKTUB – FOTO

Read Next

Əliyev, Ərdoğan, Merkel, Makron və Mey…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir