“Qarabağ”-“Slovan” oyunu başa çatdı: 2-2 – YENİLƏNİB

“Qarabağ”-“Slovan” oyunu davam edir.

Etikxeber.az xəbər verir ki, matçın baş hakimi isveçrəli Stefan Klossnerdir. Ona həmyerliləri Raffael Zeder və Jean-Yves kömək edir. Alain Bieri və Saşa Amhof əlavə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Johannes Vogel yerinə yetirir.

Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verir. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolevdir.

***

Görüşün ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

***

Çexiya təmsilçisi yenidən önə keçib. Belə ki, görüşün 68-ci dəqiqəsində Milan Baroş ikinci topu “Qarabağ”ın qapısından keçirib.

***

Qoldan sonra təşəbbüsü tamamilə ələ alan ağdamlılar matçın əsas vaxtına əlavə olunan hissənin 2-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Rəşad Sadıqov gözəl zərbə ilə adını tabloya yazdırıb – 2:2

Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Etikxeber.az

Read Previous

Baş Prokurorluq təkzib etdi, baş prokuror vəzifəli şəxslərə tapşırıq verdi

Read Next

İradə Tuncay: “Bekarçılıqdı?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir