“Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat-MƏRHƏLƏSİNDƏ VƏ RƏQİBİ MƏLUM OLDU – YENİLƏNİB

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə “Sürix” komandasının qonağı olub.

“Letsiqrund” stadionunda oynanılan görüş 2:1 hesabı ilə İsveçrə çempionunun xeyrinə başa çatıb.

Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda “Qarabağ”ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib -2:2.

Beləliklə, iki oyunun nəticəsinə görə, “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

23:52, 27 iyul

***

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Azərbaycan çempionu “Ferensvaroş”la görüşəcək.

Təmsilçimizin rəqibi Slovakiyada bəlli olub.

Macarıstanda “Ferensvaroş”a 2:1 hesabı ilə qalib gələn “Slovan” ev sınağına çıxıb. 4:1 hesabı ilə qalib gələn qonaqlar III təsnifat mərhələsinə yüksəlib.

Mərhələnin görüşləri avqustun 2-3-də və 9-da baş tutacaq.

Ağdamlılar ilk oyunu səfərdə keçirəcək.

Etikxeber.az

Read Previous

Daha bir Şəhid ruhuna hörmətsizlik…BİRİNCİ QARABAĞ ŞAVAŞI ŞƏHİDİ SAHİB HƏSƏNOVUN ATA OCAĞININ ACINACAQLI VƏZİYYƏTİ NİYƏ HEÇ KİMİ MARAQLANDIRMIR? BİR-BİRİNİ ƏVƏZLƏYƏN İSMAYILLI RƏHBƏRLƏRİ, MÜVAFİQ QURUMLAR İLLƏRDİR HARA BAXIRLAR? – FOTOLAR

Read Next

Millət vəkili daha iki Qazini xəstəxanada-ZİYARƏT ETDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir