“Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var”-AZƏRBAYCAN PREZİDENTİ – YENİLƏNİB

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən dövlət başçısı deyib:

“Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.

09:42

***

“Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə – Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, – deyən dövlət başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq müşahidə olunur-BAKIDA

Read Next

Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir