Qarabağa köçürülən məcburi köçkünlərin mülkiyyət hüququ tanınacaq?-EKSPERTİN ŞƏRHİ

Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində (Füzuli, Cəbrayıl, Laçın, Şuşa, Zəngilan və digərləri) məskunlaşdırılan məcburi köçkünlərin torpaq və yaşayış sahəsində üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmır.

Etikxeber.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qalib Toğrul bildirib.

O, hesab edir ki, Qarabağ sakinlərinin həyətyanı sahələr və pay torpqları üzərində mülkiyyət hüquqlarının tanınması üçün, ilk növbədə Azərbaycanın digər bölgələrində olduğu kimi torpaq islahatının aparılması lazımdır.

Ekspertin fikrincə, hökumətdə bununla bağlı aydın strategiya və yekdil mövqe yoxdur:

“Qayıdışla bağlı I Dövlət Proqramında belə bir islahatın aparılması nəzərdə tutulmayıb. İşağldan azad olunmuş ərazilərdə məcburi köçkünlərə təqdim edilən fərdi yaşayış evləri və çoxmənzilli binalarda yerləşən mənzillər üzərində sakinlərin yalnız istifadə və sahiblik hüququ tanınır. Köçürülənlərlə bağlanan müqavilədə dövləti tərəf kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təmsil edir. Qeyd olunan sənəddə mülkiyyət hüququ barədə hər hansı müddəa əks etdirilməyib. Məcburi köçkün həmin yaşayış sahəsini nəinki başqasını istifadəsinə təqdim edə və ya kirayə verə bilər, hətta müqavilə şərtlərinə əməl etməzsə (məsələn, orda yaşamasa, evi əsaslı təmir etmək istəsə və sair), ev (mənzil) əlindən alına bilər”.

Qeyd edək ki, bugünədək Qarabağın erməni işğalından azad olunmuş ərazilərinə (Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Şuşa və sair) 2 163 ailə köçürülüb.

Etikxeber.az

Read Previous

23 yaşında Şəhidlik məqamına ucalan-ƏLİ TAĞIYEVİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Read Next

Bu gün Anım Günü olan, nəşi bir il səkkiz gündən sonra Əbədiyyətə uğurlanan Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi İxtiyar Əliyev-MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir