Qarabağda döyüşən livanlı muzdlu terrorçu 20 il azadlıqdan-MƏHRUM OLUNDU…

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Etikxeber.az məlumat verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Eulcekcian Viken Abrahamın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Etikxeber.az

Read Previous

“Ərdoğanın səfəri Türkün, Azərbaycanla Türkiyənin yeni İnkişaf, yeni Zəfər mərhələsi olacaq”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

İkinci Vətən Müharibəsi: 2904 ŞƏHİD, 10 İTKİN…- RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir