“Qarabağda hansı pasport olacaq?”, “Qarabağda hansı pul vahidi olacaq?” kimi suallara son qoyun! Qarabağa ayrıca status biçməyə Sizə kim izn verir? Ali Baş Komandana güvənin!”-MİLLƏT VƏKİLİNDƏN SƏRT REAKSİYA

Sosial şəbəkələrdə bəzi dairələrdən qaynaqlanan məqsədli təbliğat və bu təbliğatın təsirinə düşmüş şəxslərin mövqeləri ilə tanış olduqca, insan elə qənaətə gəli ki, uduzan biz, qalib gələn erməni tərəfidir. Əziz həmvətənlər, əgər Beynəlxalq hüquqla Dağlıq Qarabağ, o cümlədən, arqument kimi sadaladığınız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın ayrılmaz ərazisi hesab edilirsə, Azərbaycan və Ermənistan arasında 10 noyabr razılaşmasında Dağlıq Qarabağın statusuna dair heç bir şərt yoxdursa, Prezident İlham Əliyev də heç bir statusdan söhbət getmədiyini bəyan edirsə, daha bu nə müzakirədir açırsınız? 

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

 “Qarabağda hansı pasport olacaq?”,  “Qarabağda hansı pul vahidi olacaq?” kimi suallara son qoyun! Qarabağa ayrıca status biçməyə Sizə kim izn verir? Birdəfəlik başa düşək, Azərbaycan Ermənistanı bu razılaşmaya hərbi yolla məcbur edib!” -deyən millət vəkili iddia edib ki, Azərbaycan  öz ərazi bütövlüyünü əsgəri yolla bərpa edir!

“Ermənistanı Kəlbəcər, Laçın və Ağdamı da döyüşsüz təhvil verməyə məhz hərbi qələbələrimizlə məcbur etmişik. Ona görə də, başa düşək,  bitdi, digər rayonlar necə, Qarabağ bölgəsi də elə! Bu nə yanaşmadır, bu nə deməkdir, Azərbaycan və Türkiyə rəsmilərinin bəyanatları, dedikləri  arqument olmur, lakin, düşmən təbliğat maşınının  dediyini dərhal ehkama çevirirsiz!

Unudun muzdlu rus mediasını, unudun Zatulini, unudun Paşinyanı, unudun erməni siyasətçilərin çıxışını, unudun başqalarının yanaşmasını! Qalib bizik, taleyimizi biz özümüz müəyyən edirik, şərtləri biz diqtə edirik! Belə bir şəraitdə əgər istəyiriksə ki, bizə hörmətlə yanaşsınlar, öncə biz özümüz özümüzə hörmət qoymalıyıq. Əziz qardaşlar, bacılar, qalibiyyətinizin fərqinə varın, bu qələbə bizə verilməyib, qələbə şəhid qanı, qazi canı hesabına əldə olunub. Ona görə də skeptik müzakirələrə son qoyun, dövlətə, Ali Baş Komandana güvənin! Unutmayın, qalib bizik, şərtləri yalnız biz diqtə edirik!”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın Rusiyadakı səfirinin Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir: Xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri və digər rəsmi şəxslər ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİNDƏN POLAD BÜLBÜLOĞLUNA ETİRAZ VƏ XƏBƏRDARLIQ

Read Next

“Buraxın xalq əsrlərdir həsrət qaldığı qələbəsinin dadını çıxarsın! Buraxın xalq öz qəhrəmanlarını tanısın, imkan verin xalq xilaskarını salamlasın!”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir