Qarabağda ruhumuz dirçəlir!-QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olub.

Prezidentin səfər marşurutu və prqoramı işğaldan azad edilmiş torpaqlarımıza həyatın döndüyünü, torpağın da, insanın da, yaşayış məntəqələrinin də dirçəldiyini göstərir.

Ruh dirçəlir Qarabağda! İşğalçı ilə torpağın əsl sahibinin fərqi parlaq şəkildə görsənir. Prezidentin səfəri müddətində: -Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu; -Üçüncü Ağalı kəndində – Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinin icrasına start verildi; -Laçının Güləbird kəndində qısa müddət ərzində inşa edilmiş Su elektrik stansiyasının açılışı oldu; -Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar əkildi, Bəsitçaya balıq buraxıldı; -Cəbrayılda hektarla torpaq sahələrinin əkilib-becərilməsi ilə bağlı vəziyyət yerində dəyərləndirildi və s.

Bəli, Qarabağda həyat canlanır. Daha doğrusu, həyati önəmini itirmiş faşizm, işğalçılıq, separatizm kimi Ermənistanın zorən XXI yüzilliyə daşımaq istədiyi xəstəliklərin izləri aradan qaldırılır. Bu, Azərbaycanın öz torpaqalrında həyatı canlandırması ilə birgə, Qafqazlarda əmin-amanlığa, bolluğa, firəvanlığa, Avrasiyada nəqliyyat-kommunikasiya əməkdaşlığının inkişafına, bəşəri tərəqqiyə xidmətdir, dəstəkdir, töhfədir. Bütün bunlar dünya erməniliyinin, erməniləri haqsız yerə hələ də müdafiə etməyə çalışanların nə qədər səfeh işlə məşğul olduğunu bir daha təsdiq edir.

Hansı məntiqlə sülhün yox müharibənin, ədalətin yox ədalətsizliyin, əməkdaşlığın yox, intriqanın, bolluğun yox, aclığın, hüququn yox, hüquqsuzluğun tərəfində olmaq olar? Azərbaycan Prezidentinin öz xanımı və qızı ilə birgə işğaldan azad olunmuş torpaqlara ardcıl səfərləri dünyaya özünəməxsus ismarınclar verir. Azərbaycan qurub-yaratmağı təklif edir – Qarabağda da, dünyada da; Azərbaycan əməkdaşlığı təklif edir – regionda da, dünyada da; Azərbaycan “qazan-qazandır” formulunu təklif edir – bütün konstuktiv tərəfaşlara. Bunun müqabilində Ermənistanın təklifi nə ola bilər? Ya bizim təkliflərə bir şəkildə qoşulmaq ya inkarçı mövqedə durmaq.

Prezident İlham Əliyev usta gedişlərlə Ermənistan siyasi-hərbi rəhbərliyini fakt qarşısında qoyub: şahmat gedişi kimi – indi Ermənistan elə vəziyyətdədir hansı addımı atsa da, Azərbaycana yenik düşəcək, Azərbaycanın dediyi yolla gedəcək. Yalnız bu yenikliyin, gedişin bir fərqi var: ya daha ağır duruma düşmək ya da öz ziyanlarının yarısından qayıtmaq… Azərbaycan Prezidentinin titanik səyləri, müdrik rəhbərliyi, uzaqgörən diplomatiyası Qarabağda ölçülü-biçili addımlarla həyatın canlanması ilə yanaşı, Azərbaycan ərazisində yaşayan erməniləri də, dövlət sərhəddinin o tərəfində yaşayan Ermənistan vətəndaşlarını da inkişafla geridəqalmışlığın fərqini açıq şəkildə görməyə vadar edir. Artıq divar qurtarıb, siyasi-mənəvi baxımdan kor, fəhmsiz erməni xətti ilə heç yana gedib çıxmaq mümkün deyil.

Külək də, çay da, Günəş də, torpaq da, mədənlər də Xeyrin tərəfindədir: alternativ enerji qaynağı kimi də, balıqçılıq təzahürü ilə də, “yaşıl enerji” zonası doğurması ilə də, bərəkətin əkin-biçində təzahürü ilə də… Azərbaycanın qarşında durmaq ağılsızca ziyanlıq, yanında durmaqsa alternativlərin ən yaxşısıdır – faydalıdır.

“Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.” – Azərbaycan Prezidentinin sözləridir.

Azərbaycan Prezidentinin işğaldan azad edilmiş torpaqlara səfərləri ordumuza, mülki vətəndaşlarımıza, gözünün kökü saralmış yaşlılara, dəliqanlı cavanlara… – hər kəsə, hər kəsə müəyyənlik bəxş edir, dövləti hər kəs ürəyində, biləyində, kürəyində hiss edir, güvənir, qürur duyur, öyünür. Müstəqilliyin neməti, azadlığın neməti tarixi zəfərdən sonra özünəxas energetika ilə ruhumuza işləyir, köksümüzü qabardır, könlümüzü fərləndirir.

Prezidentin hər səfəri, çıxışları, tapşırıq və tövsiyyələri, imzaladığı Sərəncamlar dövlətimizin yüksək sürətlə və keyfiyyətlə iş görmək, böyük layihələri gerçəkləşdirmək, heç bir sosial layihəni təxirə salmadan, Qarabağda iri təmir-bərpa işlərinin öldəsindən gələ bilmək gücünü, imkanını bir daha göstərir. Bu hər dövlətin bacardığı iş deyil. Qarabağın azad olunması əməliyyatlarının unikallığı kimi, Qarabağda aparılacaq bərpa işlərinin, infrstruktur layihələrin icrasının da sürət və keyfiyyət uyuşması ilə unikallıq təşkil etməsi kitablar düşəcək, öyrəniləcək.

Şuşanın azad olunma taktikası ilə maraqlananlar, Qarabağın nizamlı bərpasını da öyrənməyə can atacaq.

Azərbaycan trendlər yaradır, brendlər yaradır. Bu trend və brendlər daha çox intellektual mahiyyətlidir.

Bəli, doğrudan da, “Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik”!

Dövlətimiz var olsun!

Qənirə PAŞAYEVA,

Millət vəkili,

Etikxeber.az

Read Previous

“Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz…Qarabağ dirçəldiləcək, cənnətin məkanına çevriləcək!”-KAMİLƏ ƏLİYEVA

Read Next

“Qarabağ separatçılarının rus dilini “ikinci dövlət” dili kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir…”-POLİTOLOQ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir