“Qarabağın azad olunacağı gün uzaqdan deyil, yaxından görünməyə başlayır…” – MEHDİ ABDULLAYEV

Mehdi Abdullayev: Heç bir qüvvə Azərbaycan-Rusiya dostluğunu poza bilməz

Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiyaya birgünlük rəsmi səfərini, Soçi şəhərində Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinlə görüşünü və səfər zamanı imzalanan sənədləri, verilən bəyanatları çox müsbət qiymətləndirirəm. Bu səfər və onun nəticələri iki ölkə, iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərin, yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin əyani nümunəsidir. Bu, Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin növbəti təzahürüdür.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında hüquq elmləri doktoru, Prezident Yanında İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.

soci-2

ALİYEV-PUTİN-RUSİYA

O, qeyd edib ki, Rusiya Azərbaycanın böyük, qüdrətli qonşusudur, Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır, həmçinin, bu iki ölkə  arasında tarixən sıx  əlaqələr, əməkdaşlıq münasibətləri olub:

“Azərbaycan Rusiya arasında əsrlərdir ki, sıx əlaqələr, bağlılıq olub. Bir əsrə yaxın Çar Rusiyasının tərkibində bir yerdə olmuşuq. 71 il Sovetlər Birliyinin tərkibində müttəfiq resublikalar kimi birgə olmuşuq, vahid sosial-mədəni mühitdə yaşamışıq. Rusiya mədəniyyəti sayəsində, rus dili vasitəsi ilə müasir Avropa mədəniyyəti və dəyərləri ilə tanış olmuşuq”.

Onun sözlərinə görə, sovetlərin süqutundan sonra isə iki müstəqil dövlət kimi Azərbaycan-Rusiya münasibətləri müxtəlif mərhələlərdən keçib və bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatıb:

“Bildiyiniz kimi, sovetlərinn çökməsi ilə keçmiş 15 müttəfiq respublikadan biri kimi, Azərbaycan da müstəqilliyini əldə etdi. Ancaq Azərbaycanın müstəqilyinin ilk illəri, 90-cı illərin əvvəlləri çox ağrılı-acılı proseslərdən keçdi. Qarabağ münaqişəsi, ölkənin parçalanma, müstəqilliyini yenidən itirmə təhlükəsi, vətəndaş qarşıdurması və sair kimi əzab-əziyyətli hadisələr bir-birini əvəzlədi. Həmin dövrdə sətiştəsiz siyasətçilərin səhvləri üzündən həm də  Azərbaycanın bir sıra ölkələrlə, o cümlədən, Rusiyayla münasibətləri xeyli gərgin idi. Təbii ki, bu məsələdə Qorbaçov və  Yeltsin administrasiyalarının da səhvləri, xətaları çox idi. Ancaq 1993-cü ilin məlum iyun hadisələrindən-Azərbaycan xalqının təkidli tələbləri əsasında böyük öndər, görkəmli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan bir çox bəlalardan və gərginliklərdən qurtula bildi. Tədricən daxili siyasətdə olduğu kimi, xarici siyasətdə  də yol verilmiş nöqsanlar bir-bir aradan qaldırıldı. Hakimiyyət və siyasət ustası olan Heydər Əliyevin balanslaşdırılmış, praqmatik və realist xarici siyasət kursu nəticəsində Azərbaycanın ən böyük və ən qüdrətli qonşusu olan Rusiyayla da münasibətləri normallaşdı. Bunu münasibətlərdə ikinci mərhələ də adalandırmaq olar. Düzdür, bu mərhələdə də bizdən asılı omayan səbəblərdən bəzi gərginliklər özünü büruzə verdi, amma tezliklə onlar da aradan qaldırıldı. Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Azərbaycan-Rusiya münasibətlərində üçüncü mərhələ başlandı və başlanan gündən də bu əlaqələr  yüksək  xətlə inkişaf etməkdədir. İstər Heydər Əliyevlə Vladimir Putin arasında, istərsə də, 2003-cü ildən böyük öndərin yolunu, siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevlə Rusiya lideri arasında əsl dostluq və xalqımızın köklü mənafelərinə hesablanmış uzaqgörən münasibətlər yarandı. Bu münasibətlər də təbii ki, istər-istəməz dövlətlərarası, xalqalararası münasibətlərə müsbət mənada təsir etdi. Bu gün Rusiya ilə Azərbaycan arasında, sadəcə, əməkdaşlıq, tərəfdaşlıq deyil, strateji müttəfiqlik münasibətləri mövcuddur və bunlar da iki dövlətin müdrik rəhbərləri sayəsində mümkün olub. Əksər məsələlərdə bu iki dövlətin maraqları, mənafeləri üst-üstə düşür, uzlaşır. Bu iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də səmimi əməkdaşlıq edirlər və bir-birilərinə dəstək verirlər”.

M. Abdullayevin bildirdiyinə görə, 2017-ci ilin yekunlarına əsasən Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb:

mehti

“Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur və sairə.

Bu baxımdan, Azərbaycan prezidenti ilə Rusiya liderinin dünən yenidən Soçidə bir araya gəlmələri, təktəbətək və geniş tərkibdə görüşləri, bir sıra sahələr üzrə ikitərəfli sazişlərin imzalanması, birgə bəyanatlarda səsləndirilən xoşməramlı mesajlar  tarixi məqamlardır. Rusiya prezidenti özü də bəyanatında açıq şəkildə qeyd etdi ki, ölkəsi ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır, bu dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. O, əminliyini də ifadə etdi ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü (dünənki-red) danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək.

“Azərbaycan prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir…” -deyə, Rusiya prezidenti sözlərinə əlavə etdi.

Eyni zamanda, cənab prezident İlham Əliyev də bəyanatında məlum səfərdən və onun nəticələrindən məmnunluğunu ifadə edərək bildirdi ki,  iki ölkəninn dövlət başçıları arasında müntəzəm əlaqələr Azərbaycanla Rusiyanın çox möhkəm bazaya əsaslanan münasibətlərinə dinamizm verir. Dövlət başçımız onun da vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir və bu münasibətlər həyatın bütün sahələrini əhatə edir.

“Və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı…”-deyən, cənab prezident sözlərinə davam edərək, Azərbaycan dövləti və xalqının son 30 ildəki ən ağrılı problemi olan Qarabağ məsələsinə diqqət yönəltdi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın dövlət başçısı ilə görüşdə bir daha bu məsələyə toxunulduğunu dilə gətirdi. Bildirdi ki, müzakirə etdikləri məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan  münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutub.

Dövlət başçısı sonra “Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək…”-deyərək, fikirlərini tamamladı.

Bütün bunlar onu göstərir və onu deməyə əsas verir ki, bəzi kənar cəhdlərə baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərində artıq  yenidən gərginlik, qarşıdurma yaratmaq mümkün olmayacaq, strateji müttəfiqlik münasibətləri daha yüksələn xətt üzrə inkişaf edəcək və bundan da qazanan hər iki dövlət, hər iki xalq olacaq. Eyni zamanda, ən böyük və ən ağrılı problemimiz olan Qarabağ münaqişəsi Rusiyanın danışıqlar, sülh prosesinə verdiyi və verəcəyi töhfələrlə öz ədalətli, müsbət həllini tapmış olacaq. Son səfər, son mesajlar bu yöndəki ümidlərimizi bir qədər də artırır və Qarabağın erməni işğalından azad olunacağı gün uzaqdan deyil, elə yaxından görünməyə başlayır…”.

Etikxeber.az

 

 

Read Previous

Hər bir ölkə üstün statusda ÜTT-yə üzv qəbul olunmağa çalışır – XİN

Read Next

Deputatlar Əliyev-Putin görüşünü şərh etdilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir