Qarabağın FATEHİ, Zəngəzurun MEMARI-MUSA URUD İLHAM ƏLİYEVİN 60 İLLİYİNDƏN YAZDI

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm!

Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan dövlətinin XXI əsrdə tərəqqisi, böyüməsi, azadlığı və ərazi bütövlüyünün təmin olunması cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır.

Cənab Prezidentin siyasi dühası, iradəsi, əzmi, fədakarlığı sayəsində onun rəhbərliyi dövründə milli iqtisadiyyatımız 3 dəfədən çox böyümüş, əhalinin sosial rifahı əhəmiyyətli şəkildə artmış, əmək haqları 10 dəfədən çox, pensiya və müavinətlər 17 dəfədən çox yüksəlmiş, 2 milyondan artıq yeni iş yerləri açılmışdır.

Məhz cənab İlham Əliyevin öndərliyi ilə respublikamız təkcə regionun deyil, dünyanın güc və maraq mərkəzlərindən birinə çevrildi, BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, Qoşulmama hərakatının sədri kimi dünya birliyinə böyük fövhələr verdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızı bir bayraq, bir amal, bir məqsəd uğrunda dəmir yumruq kimi birləşdirərək torpaqlarımızın işğaldan azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını təmin etdi.

Cənab İlham Əliyev yenilməz qəhrəman olaraq öz adını şanlı tariximizə Qarabağın Fatehi və Zəngəzurun Memarı kimi yazdırmışdır!

“Sözümüz imzamızdır”-‘ deyən Prezident İlham Əliyev ən sadiq silahdaşı, ömür- gün yoldaşı Mehriban xanım Əliyeva ilə birlikdə hələ çox zirvələr fəth edəcək, çox uğurlara imza atacaq, Qarabağda və Zəngəzurda təməlini qoyduğu şəhərlərin, qəsəbələrin açılışını edəcək, o torpaqların illər həsrətlisi sakinlərini təzə yurdlarında salamlayacaq.

Hər Lider qəhrəman olmur, hər Qəhrəman lider olmur…

İlham Əliyev qəhrəman Liderdir!

Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi: Azərbaycan dünyaya günəş kimi doğacaq!

Bu gün İlham Əliyev doğma vətəni Azərbaycanı bir günəş kimi işıqlandırır, doğma xalqına gələcəyə inam və ümid bəxş edir.

Milyon illərdir dünyamıza işıq və həyat enerjisi verən Günəşin də yəqin ki, nə vaxtsa 60 yaşı olub!

Mən cənab İlham Əliyevə Günəş ömrü arzulayıram!

Musa URUD (QULİYEV)

Millət vəkili

Etikxeber.az

Read Previous

29 yaşı tamam olan Şəhid Mikayıl Əlibəylinin-MƏZARININ ZİYARƏTİ VƏ CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM – FOTOSESSİYA

Read Next

Ölkə Prezidenti İlham Əliyevin yubileyidir-60 YAŞI TAMAM OLUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir