“Qarabağın mənsubiyyəti paşinyanların bəyanatı ilə dəyişdirilməyəcək” – ƏLİ ƏHMƏDOV

“Qarabağ Azərbaycandır. Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi.

Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil.

Etikxeber.az xəbər verir ki, bunu vitse-premyer Əli Əhmədov dilə gətirib.

soçi-4

“Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur”-deyən Ə. Əhmədovun sözlərinə görə, onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək.

“Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev imkan verməz.

Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu.

İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bakı polisindən Milli Şuraya – XƏBƏRDARLIQ

Read Next

“Bu, həm Ermənistana, həm də onun havadarlarına ciddi bir mesaj idi…” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir