Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır.
Etikxeber.az xəbər verir ki, bunu büdcə müzakirələrində millət vəkili Məlahət İbrahimqızı qeyd edib.
O, bildirib ki, 2021-ci ilin büdcəsi Zəfər büdcəsidir.
“Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır. Biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik. Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”-deyə, millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





