Qarabağla bağlı Kazan prinsipləri ətrafında danışıqlar gedir – RUSİYALI POLİTOLOQ

Ötən müddətdə Azərbaycan sürətlə inkişaf edib. Azərbaycanın iqtisadiyyatı və ordusu daha güclüdür.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə (MM) keçirilən  “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

“Kazan prinsiplərinə əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonu qaytarmalı idi”- deyən S. Markovun sözlərinə görə, bunun müqabilində Azərbaycan blokadanı aradan qaldıracaqdı: “Dağlıq Qarabağa müvəqqəti statusu verilməli, oradan hərbçilər çıxarılmalı, ATƏT-in sülhməramlı qüvvələri təmas xəttində dayanmalı idi. Hazırda Kazan prinsipləri ətrafında danışıqlar gedir”.

markov

S. Markov nəzərə çatdırıb ki, Ermənistan 1992-ci ildə hərbi cəhətdən Azərbaycandan güclü idi: “Amma ötən müddətdə Azərbaycan sürətlə inkişaf edib. Azərbaycanın iqtisadiyyatı və ordusu daha güclüdür, əhalisi 10 milyon nəfərə çatıb. Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha artıqdır. Bu, Azərbaycan ordusunun Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olduğunu göstərir. Kazan prinsipləri və digər prinsiplər ətrafında münaqişə həll olunmasa, Azərbaycan ordusu müharibəyə hazırdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Heç kim düşünmür ki, oturub bir yerdə çay içmək təhlükəlidir…” – KOMİTƏ SƏDRİ

Read Next

Qarabağ münaqişəsinin həllinə dəstək verməliyik – FRANSALI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir