Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avqustun 5-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün pley-off mərhələsinin püşkü atılıb.
Etikxeber.az xəbər verir ki, püşkün nəticələrinə əsasən üçüncü təsnifat mərhələsində Kiprin “APOEL” komandası ilə görüşəcək Ağdamın “Qarabağ” klubu pley-off mərhələsinə yüksələcəyi təqdirdə “PAOK” (Yunanıstan) – “Ayaks” (Hollandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Püşkün nəticələrinə əsasən, həmçinin “GNK Dinamo” (Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) qarşılaşmasında üstün olan tərəf “Maribor” (Sloveniya) – “Rosenborq” (Norveç) duetinin qalibi ilə görüşəcək. “CFR 1907” (Rumıniya) – “Seltik” (Şotlandiya) qarşılaşmasında mərhələ adlayan komandanın rəqibi isə Çexiyanın “Slavia Praqa” klubu olacaq. İsveçrənin “Yanq Boyz” klubu isə “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) duelinin qalibi ilə görüşəcək.
“Bazel” (İsveçrə) – “LASK” (Avstriya) duelində mərhələ adlayan komanda “Brügge” (Belçika) – “Dinamo Kiyev” (Ukrayna) görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Başakşəhər” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) görüşündə mərhələni keçən komandanın rəqibi “Krasnodar (Rusiya) – “Portu” (Portuqaliya) duelinin qalibi olacaq.
Həmçinin, Bakının “Neftçi” klubunun Avropa Liqasında pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.
Premyer Liqanın ikincisi III təsnifat mərhələsində İsrail “Bney Yehuda”sını mübarizədən kənarlaşdıracağı halda, “Malmo” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi cütün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” – “Bney Yehuda” cütün güclüsü ilk matçı səfərdə keçirəcək.
Avropa Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Makkabi” (Təl-Əviv, İsrail)/”Suduva” (Litva) – “Dinamo” (Xorvatiya)/”Ferensvaroş” (Macarstan)*
“Srvena Zvezda” (Serbiya)/“Kopenhagen” (Danimarka)* – “Riqa” (Latviya) /HİK (Finlandiya)
ÇFR (Kluj, Rumıniya)/”Seltik” (Şotlandiya)* – “Şerif” (Moldova)/AIK (İsveç)
“Ararat” (Ermənistan)/”Saburtalo” (Gürcüstan) – “Düdelanj” (Lüksemburq)/“Nomme Kalyu” (Estoniya)
“Lüdoqorets” (Bolqarıstan)/TNS (Uels) – “Maribor” (Sloveniya)/“Rusenborq” (Norveç)*
“Sutyeska” (Monteneqro)/“Linfild” (Şimali İrlandiya) – APOEL (Kipr)/“Qarabağ” (Azərbaycan)*
“Slovan” (Slovakiya)/”Dandolk” (İrlandiya) – PAOK (Yunanıstan)/“Ayaks” (Hollandiya)*
“Astana” (Qazaxıstan)/”Valletta” (Malta) – “Sarayevo” (Bosniya və Herseqovina)/BATE (Belarus)
“*” işarəsi olan cütlərdə məğlub olanlar, digərlərində qaliblər pley-offda oynayacaq.
Əsas yol
“Torino” (İtaliya)/“Şaxtyor” (Belarus) – “Pünik” (Ermənistan)/“Vulverhempton” (İngiltərə)
“Legiya” (Polşa)/“Atromitos” (Yunanıstan) – “Midtyulland” (Danimarka)/“Reyncers” (Şotlandiya)
“Styaua” (Rumıniya)/“Mlada Boleslav” (Çexiya) – “Ventspils” (Latviya)/“Vitoriya” (Portuqaliya)
“Hoqesun” (Norveç)/PSV (Holldnaiya) – “Austriya” (Vyana, Avstriya)/“Apollon” (Kipr)
“Universitatya” (Krayova, Rumıniya)/AEK (Yunanıstan) – “Sparta” (Çexiya)/“Trabzonspor” (Türkiyə)
“Feyenoord” (Hollandiya)/“Dinamo” (Gürcüstan) – “Norçepinq” (İsveç)i/“Hapoel Bier-Şeva” (İsrail)
AEK (Kipr)/“Gent” (Belçika) – “Riyeka” (Xorvatiya)/”Aberdin” (Şotlandiya)
“Lütsern” (İsveçrə)/“Espanyol” (İspaniya) – MOİK (Bolqarıstan)/“Osiyek” (Xorvatiya)/“Zarya” (Ukrayna)
“Partizan” (Serbiya)/“Yeni Malatyaspor” (Türkiyə) – “Molde” (Norveç)/“Aris” (Yunanıstan)
“Brondbü” (Danimarka)/“Braqa” (Portuqaliya) – “Tyun” (İsveçrə)/“Spartak” (Moskva, Rusiya)
“Malmö” (İsveç)/”Zrinski” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)/“Bney Yehuda” (İsrail)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)/“Strasburq” (Fransa) – “Vaduts” (Lixtenşteyn)/“Ayntraxt” (Almaniya)
“Mariupol” (Ukrayna)/“Alkmaar” (Hollandiya) – “Antverpen” (Belçika)/“Viktoriya” (Çexiya)
Etikxeber.az





