Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi məlum olub.
Etikxeber.az xəbər verir ki, bu, Moldovanın “Şerif” klubudur. Moldovalılar UEFA Avropa Liqasının III təsnifat mərhələsində İslandiyanın “Valur” komandasını mübarizədən kənarlaşdırıb – 1:0, 1:2.
“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən uzaqlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub.
Qeyd edək ki, “Qarabağ” və “Şerif” klubları arasında ilk oyun avqustun 23-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.
Etikxeber.az





