“Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür: Biri mən, biri burada oturan qarabağlı deputatlar…”-AQİL ABBASDAN ETİRAZ – MƏLAHƏT İBRAHİMQIZI İSƏ “ERMƏNİPƏRƏST MÖVQELİLƏRƏ QARŞI AMANSIZ OLMALIYIQ”-DEDİ

Biz qarabağlılar ruhdan düşən deyilik.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM)  bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. 

O, bəzilərinin Qarabağa geri qayıtmayacağı ilə bağlı yayılan fikirlərinin doğru olmadığını bildirib:

“Müəyyən adamlardan bu məqsədlərlə istifadə edirlər. Ağdamda işğal olunmamış ərazidə 45 min əhali yaşayırdı. Oralar bərpa olunandan sonra 100 minə qədər əhali ora qayıtdı. O cümlədən Füzulidə də 40 minə yaxın füzulili öz torpağına qayıtdı. Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür. Biri mən. Biri burada oturan qarabağlı deputatlar. Belə təbliğat aparmaqla adamları ruhdan salmaq istəyirlər. Biz qarabağlılar ruhdan düşən deyilik”. 

“Xalqımız Azərbaycan tarixinin heç bir səhifəsində belə “ələbəyə imza atmayıb”.

Bunu isə MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib. 

M. İbrahimqızı bildirib ki, bu gün bəzi trollar Azərbaycan Ordusuna, müzəffər Ali Baş Komandana qarşı qarayaxma kampaniyasına başlayıb.

“Mən düşünürdüm ki, bu qələbədən sonra həmin trollar artıq tövbə edər. Bu trollar dünyada baş verən geosiyasi prosesləri başa düşə bilməzlər. Onlar Prezidentin 2003-cü ildən bu günə qədər qələbənin təməlinə atdığı addımlarını başa düşə bilməzlər. Dünən biz iki müharibədən çıxmış dövlət olsaq da, büdcəni qəbul etdik. Bəziləri büdcədən ayrılan vəsaitləri ironiya ilə ələ salırlar. Ermənipərəst mövqe nümayiş etdirənlərə qarşı amansız olmalıyıq. Daşnaklara qarşı necə mübarizə aparırıqsa, onlara qarşı da mübarizə aparmalıyıq”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qalib ölkənin Qələbə və Zəfər büdcəsi”-ELDAR İBRAHİMOV YAZIR

Read Next

1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə-TƏLTİF EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir