“Qarabucaq, Təklə, Qarasaqqal kəndləri illərdir ki, yol problemindən əziyyət çəkir…Kənd yollarında müvəqqəti təmir işləri aparılsa da, bu, məsələni köklü şəkildə həll etməyə imkan vermir…”-DEPUTAT ŞİKAYƏTLƏNDİ VƏ SALEH MƏMMƏDOVA MÜRACİƏT ETDİ

Hamimiza yaxşı məlumdur ki, son dövrlərdə bir çox kənd yollarımızda əsaslı təmir işləri aparılıb, yeni yollar salınıb. Ölkə Başçısı möhtərəm İlham Əliyev rayonumuza səfər edərkən üç yol layihəsinin açılışında iştirak etməsini bütün kürdəmirlilər yaxşı xatırlayır. Bu həmin o kənd yollarıdır ki, ümumilikdə 20 mindən artıq kənd camaatının magistral yollara çıxışını asanlaşdırmaqla, eyni zamanda, onların sosial-iqtisadi fəallığına da ciddi təsir göstərir.

Etikxeber.az xəbər verir ki, bunu Kürdəmiri parlamentdə təmsil edən millət vəkili Əminə Ağazadə seçicilərinə növbəti müraciətində deyib.

Qeyd edib ki, bütün zamanlarda yol inkişaınf, mədəniyyətin, tərəqqqinin simvolu olmuşdur.Lakin eyni zamanda rayonumuzda yolsuzluqdan əziyyət çəkən, bunun fəsadlarını gündəlik öz gün-güzaranında hiss edən kəndlərimiz hələ də qalmaqdadır. Qarabucaq, Təklə, Qarasaqqal kəndləri illərdir ki, bu problemdən əziyyət çəkir.

“Kənd yollarında müvəqqəti təmir işləri aparılsa da, bu, məsələni köklü şəkildə həll etməyə imkan vermir. Primitiv şəkildə, asfalt qatı çəkilmədən aparılan təmir işləri uzun müddətli istifadəyə yaramır, qısa zaman kəsiyində sıradan çıxaraq yenidən kənd əhalisini yolsuzluq problemi ilə üzbəüz qoyur. Məlumat üçün bildirim ki, Kürdəmir rayonunda bəzi kənd yollarının yenidən qurulması məqsədi ilə “Azəravtoyol” ASC-nin sədri cənab Saleh Məmmədova məktub ünvanlamışam.

Məktubda Kürdəmirin ən böyük kəndlərindən olan, uzun illərdir ki yolsuzluqdan əziyyət çəkən Qarasaqqal kənd yolunun tikinti məsələsini qeyd edərək yaşayış məntəqəsinin magistral yoldan uzaq məsafədə olduğunu, kənd əhalisinin yolsuzluqdan əziyyət çəkdiyini, bu səbəbdən səhiyyə, təhsil və digər sahələrdə nə qədər problemlər yaşadığını qeyd etmişəm. Açığını deyim ki, seçki öncəsi mən özüm də o yolu getmişəm və Qarasaqqal kənd yolunun vəziyyəti haqqında kifayət qədər təəssüratım və məlumatım var.Ümid edirəm ki, “Azəravtoyol” ASC-yə ünvanladığımız xahiş nəzərə alınacaq, müvafiq qurumlar bizə lazımi dəstəyini göstərəcəklər. Rahat, geniş yollarımızın olması hər birimizin arzusudur”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcək…”-ƏLİYEVDƏN ƏRDOĞANA TƏBRİK

Read Next

Yoluxmada növbəti dəfə artım yaşandı-184 – DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir