“Qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxı olardı…”-ƏLİ MƏSİMLİNDƏN VACİB TƏKLİFLƏR

Hazırda manatın məzənnəsinə təsir edən iki amil müsbət istiqamətdədir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

O, bildirib ki, bunlar neftin qiyməti və makroiqtisadi göstəricilərdir. Onların hər ikisi devalvasiyaya əsas olmadığını göstərir:

“Büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manatın məzənnəsinə çox müsbət təsir edir. Neftin hazırkı qiyməti büdcədə nəzərdə tutulandan 33 faizədək yüksəkdir. Amma kommersiya bankları bu gün dolların satışına məhdudiyyət qoyub. Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var. Mərkəzi Bankdan kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.

Ə. Məsimli qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı geniş planlı işlər gedir.

“Hər işin əvvəli çətindir. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndiririk. Amma transplantasiya ilə bağlı məsələlər tibbi sığortadan kənarda qalır. Bununla bağlı Nazirlər Kabineti yeni qərar versə, yaxşı olardı. Xüsusilə qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxı olardı”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda növbəti dəfə-ZƏLZƏLƏ BAŞ VERDİ…

Read Next

“Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir”-ZAHİD ORUCDAN NÖVBƏTİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir