Qaradərili futbolcu irqçi təhqirlərə dözə bilmədi və…

İtaliya A seriyasında irqçi insident yaşanıb.

Etikxeber.az məlumat verir ki, “Peskara”nın futbolçusu Salli Muntari rəqib azarkeşlərin təhqirinə məruz qalıb.

A Seriyasının 34-cü turunda səfərdə “Kalyari” ilə qarşılaşan “Peskara” 0:1 hesabı ilə məğlub olub.

Həmin matçın son dəqiqələrində meydan sahiblərinin azarkeşləri rəqibin futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

Təcrübəli oyunçu vəziyyət barəsində ilk olaraq matçın baş hakiminə məlumat verib.

Hakimin xəbərdarlığına məhəl qoymayan azarkeşlər təhqirə davam edincə, qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.

Etikxeber.az

Read Previous

“AKP-nin əliylə AKP-nin altı oyulur, yazıqlar olsun” – ŞAMİL TƏYYAR “ÜSYAN” ETDİ

Read Next

Şərq aləmində parlamentarizmin bünövrəsi Azərbaycanda qoyulub – KOMİTƏ SƏDRİ – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir