51, 39 faiz “Evet”, 48,61 faiz (İstanbul, İzmir, Ankara) “Hayır” dedi – HƏLƏLİK… AKP razı qalmadı- YENİLƏNİB (5) – FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifi ilə aprelin 16-da ölkə Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsi keçirilir.

Etikxeber.az xəbər verir ki, ölkənin şərq bölgələrində yerləşən 32 vilayətdə səsvermə yerli vaxtla saat 7:00-da başlanıb. Bu bölgələrdə səsvermə saat 16.00-da, digər ərazilərdə isə saat 17.00-da başa çatacaq.

Məntəqələrdə səsvermənin gedişini 10 yerli siyasi partiyadan nümayəndələr, həmçinin Azərbaycan da daxil olmaqla xarici ölkələrdən beynəlxalq müşahidəçilər izləyir.

Ali Seçki Komissiyasının (ASK) tələbi ilə referendumla bağlı ölkədə bütün təbliğat işləri aprelin 15-da yerli vaxtla saat 18:00-dan dayandırılıb. Bu vəziyyət səsvermə günü saat 21:00-dək davam etməlidir. Bu müddətdə yalnız ASK-nin məlumatları və səsverməyə dair ümumi məlumatlar yayıla bilər.

ASK etibarlı sayılacaq bülletenlərlə bağlı qaydalar barədə geniş təlimat yayıb.

***

Ümumxalq səsverməsini izləmək üçün bu ölkəyə 500 xarici KİV təmsilçisi gəlib. Bundan başqa, Türkiyədə fəaliyyət göstərən xarici və yerli media nümayəndələri də referendumu işıqlandırmaq üçün qeydiyyatdan keçiblər.

Bu barədə məlumat verən Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca qeyd edib ki, Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV nümayəndələri üçün “Referendum 2017” media mərkəzləri yaradılıb.

Referendumu izləmək üçün KİV təmsilçilərinə bütün şəraitin yaradıldığı bu mərkəzlər səsvermənin son nəticələri elan olunanadək fasiləsiz fəaliyyət göstərəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsində iştirak edib.

Ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gələn Türkiyənin dövlət başçısı səsvermədən sonra referendumun tarixi əhəmiyyəti barədə fikir və mülahizələrini KİV nümayəndələri ilə bölüşüb.

refer-erdo

***

Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.

Yerli vaxtla saat 17.40-dək bülletenlərin 19.72 faizi sayılıb.

İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə “hə” deyib.

***

Ən son məlumata görə, bülletlərin 99, 1 fazizi sayılıb. 51 faizdən çoxu “Evet”, 49 faizə yaxını isə “Hayır” deyib.

Artıq hakim AKP rəsmiləri  “Evet” çıxmasına rəğmən, nəticələrin onların üçün o qədər qaneedici, arzuedilən olmadığını vurğulamaqdadırlar.

Etikxeber.az

Read Previous

Prezident Yevlaxa gəldi, açılışlarda iştirak etdi – FOTOLAR – YENİLƏNİB (2)

Read Next

“Qütbləşmə var, ancaq…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir