Qardaş Türkiyə Respublika gününü qeyd edir

Türkiyənin milli bayramı – Respublika günü münasibətilə oktyabrın 29-da bayram tədbirləri başlayıb.

Etikxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Silahlı Qüvvələrin rəhbərləri, siyasi partiya sədrləri və digər rəsmi şəxslər Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər.

Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyulub, ruhuna dualar oxunub.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Bayram tədbirləri bütün ölkədə davam edir.

Etikxeber.az

Read Previous

İdman mərc oyunlarını həyata keçirənlərə vergi güzəşti verilməyib – Ekspertin ŞƏRHİ

Read Next

“Azəravtoyol” : Bərdə-İstisu yolunda mühüm əhəmiyyətə malik avtomobil körpüsü salınır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir