Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Şəmkirli Şəhid qardaşlardan Çingiz İlham oğlu Məmmədovun Anım Günüdür.
Çingiz Məmmədovun bu gün-18 dekabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.
Etikxeber.az xəbər verir ki, 9 iyul 1992-ci il təvəllüdlü, Yeniabadlı, ailənin iki oğlan övladından biri olan Gizir Çingiz Məmmədov İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 4-də, qardaşı-Şəhid Cavid Məmmədov Əbədiyyətə uğurlandığı gün Kəlbəcər-Murovdağ istiqamətində Şəhid olub.
Ancaq uzun müddət, 78 gün sonra onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi yalnız dekabr ayında tapılıb və 18 dekabr 2020-ci il tarixində Yeniabad kənd qəbiristanlığında, qardaşının yanında Əbədiyyətə uğurlanıb.
Çingiz də Cavid kimi ailəli, iki övlad atası olub.
Şəhidliyindən sonra bir orden və bir neçə medalla təltif olunub.
Həm də Şəhidliyindən sonra bir bacı və bir qardaşı dünyaya gəlib.
***
Bu gün həm də Sabirabad rayonunun Antiterror Şəhidi Qasim Bilal oğlu Məmmədhəsənovun doğum günüdür.
Qasim Məmmədhəsənovun bu gün-18 dekabr 2025-ci il tarixində 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Qeyd edək ki, Qasim Məmmədhəsənov 2001-ci ilin dekabr ayının 18-də Sabirabad rayonunun Qaraqaşlı kəndində-ziyalı ailəsində dünyaya gəlib.
Atası Birinci Vətən Müharibəsi iştirakçısı, 49 yaşlı Bilal Məmmədhəsənov Texniki Universiteti bitirib, ali təhsillidir.
Qasim ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.
Kiçik qardaşı Xaliq Türkiyə universitetlərindən birində ali təhsil alır.
Qasim 2007-2018-ci illərdə Qaraqaşlı kənd tam orta məktəbində təhsil alıb.
2018-2022-ci illərdə UNEC-də, Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub.
2022-ci ilin yayında, iyul ayında həqiqi hərbi xidmətə yollanıb, Şuşa istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.


2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı zamanı isə Xocalı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 21 sentyabr 2023-cü il tarixində Qaraqaşlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
22 yaşında Şəhidlik məqamına ucalan Qasim həm də subay olub.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





