Qardaşı Qazi, bibisi nəvəsi İkinci Vətən Müharibəsi, özü isə Antiterror Şəhidi olan-HƏM AĞDƏRƏLİ, HƏM DƏ OĞUZLU KƏNAN VAHİD OĞLU AĞAYEV VƏ YA MİNGƏÇEVİRLİ ŞƏHİD AİLƏSİ İLƏ BİRLİKDƏ ŞƏHİDİN OCAĞINI, AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Kənan Vahid oğlu Ağayev…

Əslən Ağdərəli (Tərtərli), özü isə Oğuz doğumlu…

Azərbaycan Ordusunun hərbçisi, MAXE…

Antiterror Şəhidi…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Nur üzlü Şəhidimiz…

***

Əslən Ağdərə rayonunun (Tərtər rayonunun) Kərəmli kəndindən və məcburi köçkün olan Kənan Ağayev 2002-ci ilin 9 sentyabr tarixində Oğuz rayonunun Xalxal (Xalxalqışlaq) kəndində sadə bir ailədə dünyaya gəlib…

Atası-Birinci Qarabağ Savaşı iştirakçısı və müharibə veteranı Vahid Ağayev əslən Ağdərə rayonunun Kərəmli kəndindən, anası Raminə Ağayeva isə Oğuz rayonunun Ərmənət kəndindəndir…

Kənan evin dörd övladından, Ağayevlər ailəsinin üç oğlundan biri olub…

İkinci Qarabağ Savaşı iştirakçısı, müharibə veteranıiki medallı olan böyük qardaşı Nurlan Ağayev və tək bacıları Mətanət xanım hazırda ailəlidir…

Kiçik qardaşı, 2005-ci il təvəllüdlü olan Tural Ağayev isə hazırda Azərbaycan Ordusunun Əsgəridir, Naxçıvan Muxtar Respublikasında (NMR) xidmət edir və xidmətini başa vurmağa 6 ay qalıb…

Kənan 2008-2019-cu illərdə İntizam Rəhimov adına Qumlaq kənd orta məktəbində oxuyub…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin oktyabr ayında, İkinci Vətən Müharibəsi zamanı Əsgərliyə çağırılıb…

Xızı rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

2022-ci ilin aprelində Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb…

2023-cü ilin qışından, fevral ayından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Hadrut istiqamətində yerləşən “N” saylı hərbi hissədə MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

Axırıncı dəfə Şəhidliyindən, 23 saatlıq antiterror əməliyyatından saatlar öncə, 19 sentyabr 2023-cü il tarixində, səhər saatlarında atası ilə danışıb…

Və həmin gün axşam saatlarında Xocalı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ailəsinə isə Şəhidliyi xəbəri ayın 20-də, günorta saat 3-4 radələrində verilib…

Və nəşi ayın 21-də Ərmənət kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Cəmi 21 yaşında Şəhidlik məqamına ucalan Kənan həm də subay olub…

***

Bu gün-22 aprel 2024-cü il tarixində, səhər saatlarında Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin valideynləri-Ülviyyə xanım və İldırım Cüməzadə ilə birlikdə Şəhidimizin Xalxaldakı ocağını, ailəsini ziyarət etdik…

Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi bildirdik…

Şəhidimizin Dərdli, Yaralı, həm də Məğrur valideynləri-Raminə xanım Vahid Ağayevlə söhbətləşdik, dərdləşdik…

Şəhidimizin üzlərindən, gözlərindən, çöhrələrindən kədər yağan valideynlərinə təsəlli verməyə, onları az da olsa, ovundurmağa çalışdıq…

Bu yerdə qeyd edim ki, Şəhidimizin daha bir yaxın qohumu-atasının bacısı nəvəsi, Bərdəli Mirsədi Bağırlı da Şəhiddir…

Mirsədi Bağırlı Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindəndir…

Allah hər iki Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!

İkisi də Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu ölkədə dövlət qurumlarına “Facebook”-dan istifadə-QADAĞAN OLUNA BİLƏR…

Read Next

“Bayraq sevdalısı idi balam…Elə bayraq uğrunda da Şəhid oldu”-OĞUZLU, QARABULAQLI, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, CƏMİ 18 YAŞLI ANTİTERROR ŞƏHİDİ RÖYAL BEYDİYEVİN ANASI SƏXAVƏT İBRAHİMOVA – “ACCESSBANK” ŞƏHİD AİLƏSİNƏ MƏXSUS KREDİTİ BAĞLAYACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir