Qardaşı və özü İkinci Vətən Müharibəsi iştirakçısı olan “Qisas” əməliyyatı Qazisi Ucal Əliyev-AĞDAMDA MƏNZİLLƏ TƏMİN OLUNDU… – FOTOLAR

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı olub.

Etikxeber.az xəbər verir ki, açılışa qatılanlar və adıçəkilən yaşayış kompleksində mənzillə təmin olunanlar arasında əslən Ağdamlı, özü isə anası və tək qardaşı ilə Bərdədə, Alaçadırlıda yaşayan Qazi, üçüncü qrup müharibə (Qarabağ) əlili Ucal Habil oğlu Əliyev də var.

Qeyd edək ki, Ucal Əliyev bir hərbçi (keçmiş) kimi İkinci Vətən Müharibəsində və “Qisas” əməliyyatında iştirak edib.

“Qisas” əməliyyatı zamanı ağır yaralanıb və əlillik dərəcəsi alıb, Ordudan təxris olunub.

Qardaşı Ömər Əliyev də Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Ucal üç, Ömər isə iki medalla təltif olunub.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak etdi-SAKİNLƏRLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin dörd övladından biri, nəşi 69 gündən sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏRZUMAN OSMANOVUN SABAH 35 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir