“Qardaşım evin tək oğlu idi…Şəhid olmasaydı, 2022-ci ilin oktyabr ayının 9-da toyu olacaqdı…”-ŞƏHİD, XÜSUSİ TƏYİNATLI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ VƏ QANLI SENTYABR DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI, 7 MEDAL VƏ BİR ORDENLİ TURAN MƏHƏRRƏMOVUN BACISI TÜRKAN LƏZGİYEVA – FOTOLAR

Turan Tərlan oğlu Məhərrəmov…

27 may-2001-ci il təvəllüdlü…

Evin-ailənin tək oğlu…

Turan Zaqatala rayonunun Qımır kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri, 3 bacının tək qardaşı olub…

2007-2018-ci illərdə orta məktəbdə oxuyub…

Uşaq vaxtlarından idmanla məşğul olub, hətta 2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq kubokda 2-ci yerə layiq görülüb…

2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, Xüsusi Təyinanlı olub…

Və Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsində iştirak edib…

Cəbrayıldan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Və Ali Baş Komandan tərəfindən İgidliyinə, Qəhrəmanlığına görə 6 medalla təltif olunub…

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Çünki hərbçi, Xüsusi Təyinatlı olmaq uşaqlıq arzusu idi…

Və Azərbaycan Ordusunda Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

2022-ci ilin Qanlı sentyabr döyüşləri zamanı isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ayın 13-də Şəhid olan Turanın nəşi iki gün sonra, 15 sentyabr tarixində Qımır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra, 5 noyabr 2022-ci il tarixində 3-cü dərəcəli “Rəşadət” ordeni və daha bir medalla təltif olunub…

21 yaşında Şəhidlik məqamına ucalan Turan həm də nişanlı idi…

Şəhid olmasaydı, oktyabr ayının 9-da toyu olacaqdı…

Amma…Bəyliyi ağ kəfəni oldu…

Bir çox arzusu kimi, evlilik, ailə sahibi olmaq arzusu da gözlərində qaldı 21 yaşlı Turanın…

Və yenə də sözün bitdiyi yer!!!

***

Dünən, 10 yanvar tarixində Bərdəli Şəhid Fəxri Qəribzadən Bakıda-Heydər məscidində keçirilən Cənnətdəki üçüncü doğum günü mərasimində Şəhidimizin paytaxtda yaşayan bacısı Türkan xanımla tanış oldum, bir araya gəldim…

Onunla söhbətləşdim, dərdləşdim…

Məclis, mərasim boyu göz yaşlarına hakim ola bilməyən qardaş həsrətli Türkanın özünə də, ailəsinə də başsağlığı verdim, Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Və Şəhid bacısına söz verdim ki, yaxın aylarda Şəhidimizin ocağını, məzarını, valideynlərini də ziyarət edəcəyəm…

Məqamı Uca, dərgahı mübarək olsun, Şəhidimizin, Vətən sevdalımızın!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Fransa Frankofoniyada uğursuzluğa düçar oldu, BMT-də heç nə əldə edə bilmədi”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Sıxlıq olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir